17 May 2019 18:52
562
DÜNYA
A- A+

ABŞ Türkiyəni ticarət güzəştlərindən məhrum etdi


ABŞ Prezidenti Donald Tramp Türkiyəni Amerikanın Baş Güzəştlər Sistemi (GTS) çərçivəsində ticarət güzəştləri şamil edilən inkişaf etməkdə olan ölkələr siyahısından çıxarmışdır. Ağ evin başçısı qərarını Türkiyənin iqtisadi inkişafının səviyyəsinin yüksəlməsi ilə izah etmişdir. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Türkiyəni ticarət güzəştlərindən məhrum etmək niyyəti barədə Tramp Konqresi bu il martın 4-də məlumatlandırmışdır. Qərar dünən qüvvəyə minmişdir.

GTS sistemi 1974-cü ildən bəri tətbiq olunur. 1975-ci ildə ABŞ Türkiyəni ticarət güzəştlərindən istifadə edən ölkələr siyahısına daxil etmişdi.

GTS çərçivəsində dünyanın 121 ölkəsinin 4 min adda məhsulu gömrük rüsumu ödənilmədən ABŞ bazarına daxil olur.

Bu arada ABŞ Türkiyə poladı üçün gömrük rüsumunu 50 faizdən 25 faizə endirmişdir. Ağ evin məlumatına görə, müvafiq sərəncamı ABŞ Prezidenti Donald Tramp imzalamışdır.

Qərar onunla əlaqədardır ki, ötən il ABŞ-ın polad idxalatı 12 faiz azalmış, Türkiyədən polad idxalı isə 48 faiz aşağı düşmüşdür. 2018-ci il avqustun 10-da ABŞ Prezidenti Donald Tramp Türkiyədən gətirilən polad və alüminium üçün gömrük rüsumunu iki dəfə artırmışdı. Alüminiuma tətbiq olunan rüsum 20 faiz, polad üçün isə 50 faiz təşkil etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video