17 May 2019 17:10
493
CƏMİYYƏT
A- A+

İqtisadiyyat naziri və müavinləri regionlarda vətəndaşları qəbul edib


Mayın 17-də İqtisadiyyat naziri Şahin Mustafayev Tovuzda Şəmkir və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin gün İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Ağstafada Qazax və Ağstafa, Sahib Məmmədov isə Gədəbəy rayonlarından olan vətəndaşları qəbul ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbullara gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin yaradılması və yenidən qurulması, kənd təsərrüfatı texnikasının alınmasına, məhsul satışına və ixracına, o cümlədən əlil sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək göstərilməsi, sahibkarların mülkiyyət hüququ, sosial və sair məsələlərlə bağlı müraciət ediblər.

Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların heyvandarlıq, əkinçilik, quşçuluq, turizm obyektinin tikintisi, istilik avadanlıqlarının, tikinti materiallarının, mineral suların, yabanı bitkilərdən dərman istehsalı, meyvə emalı və qurudulması müəssisəsinin yaradılması və sair sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.

Ümumilikdə qəbullarda 60-dək vətəndaş müraciət edib. Qəbula gələnlər bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Tovuzda, Ağstafada və Gədəbəydə təşkil olunmuş qəbullar barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-də, İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında (www.economy.gov.az) və "Facebook" səhifəsində elanlar verilib, nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video