Alternative content

16:33 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
16:02 24.08.2019 Yaponiyada zəlzələ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çex Respublikası Parlamentinin Deputatlar Palatasının nümayəndələri Azərbaycan Milli Aviasiya Akademiyasında olublar
Çex Respublikası Parlamentinin Deputatlar Palatasının nümayəndələri Azərbaycan Milli Aviasiya Akademiyasında olublar
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:10 18.05.2019

Ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyəti mayın 17-də Azərbaycan Milli Aviasiya Akademiyasında olub.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə akademiyanın Pilotların Hazırlığı Mərkəzi ilə tanış olublar. Sonra Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev Çexiya nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan-Çexiya əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən rektor Arif Paşayev Azərbaycan aviasiyası barədə qonaqlara məlumat verib.

Ölkəmizin Çexiya ilə əlaqələrə önəm verdiyini, iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı əldə edilmiş razılaşmaların əhəmiyyətini vurğulayan Arif Paşayev bildirib ki, Azərbaycan və Çexiya siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. İki ölkə arasında mövcud əməkdaşlığın yüksək inkişaf potensialı olduğunu vurğulayan akademik mülki aviasiya sahəsində də geniş imkanların olduğunu deyib.

Arif Paşayev Milli Aviasiya Akademiyası, "Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti və Heydər Əliyev Beynəlxalq Aeroportu barədə qonaqlara məlumat verərək bildirib ki, 2018-ci ildə Azərbaycan mülki aviasiyasının 80 illik yubileyi təntənəli qeyd olunub. Hazırda AZAL postsovet məkanında mülki aviasiya sahəsində aparıcı aktorlardan birinə çevrilib, beynəlxalq aviasiya birliyinin üzvü olub. 2014-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni müasir terminalı istifadəyə verilib. Aeroport bu yaxınlarda nüfuzlu "Skytrax” auditor şirkətinin ən yüksək "5 Ulduz” qiymətinə layiq görülüb. Bu ən yüksək qiymət Heydər Əliyev Beynəlxalq Aeroportundan başqa cəmi 8 aeroporta verilib. AZAL isə qısa müddət ərzində geniş füzelyajlı "Boeing”, "Airbus”, "Embraer” kimi ən müasir təyyarələrin, qərbdə istehsal olunmuş helikopterlərin istismarına başlayıb. 2017-ci ildə aşağı büdcəli "Buta Airways” aviaşirkəti yaradılıb.

Pilotların Hazırlığı Mərkəzi barədə danışan rektor buranın MDB məkanında ən böyük tədris mərkəzi olduğunu vurğulayıb. O, mərkəzdə hazırkı pilotların gələcək pilotlara dərs keçdiyini bildirib. Akademik, həmçinin mərkəzdə Rusiya, Özbəkistan və digər ölkələrdən pilotların təcrübə keçdiyini də diqqətə çatdırıb.

Rektor Azərbaycanın Çex Respublikasının mülki aviasiya sistemində mövcud bir sıra mülki və hərbi təyyarələrlə maraqlandığını bildirib.

Ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edən Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri R.Vondraçek akademik Arif Paşayevi Çexiyaya səfərə dəvət edib.

"İki gün ərzində biz bir sıra görüşlər keçirdik, Azərbaycanın bir sıra sahələrdəki təcrübəsi ilə yaxından tanış olduq. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz çox səmərəli keçdi. Azərbaycan Prezidenti də vurğuladı ki, bizim ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yaxşı perspektivləri mövcuddur. Nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi ölkələrimiz arasında mövcud olan çox yaxşı münasibətlərin daha da inkişaf etdirilməsi işinə töhfə verməkdir”.

R.Vondraçek Azərbaycanda müxtəlif sahələrdə aparılan köklü islahatların təqdir edildiyini, çex investorları tərəfindən ölkəmizə böyük maraq olduğunu diqqətə çatdırıb.

Çexiya mülki aviasiyası barədə məlumat verən qonaq bir sıra mülki və hərbi təyyarələrin istehsalı, istismarı və təmiri, eləcə də aviasiya vasitələrinin modernləşdirilməsi və yenilənməsi, texniki baxımdan yerli şəraitə uyğunlaşdırılmış müasir təyyarələr barədə danışıb.

Görüşdə Azərbaycanla Çexiya arasında aviasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, Bakı-Praqa-Bakı marşrutu üzrə aviareyslərin sayının artırılması və ikitərəfli təcrübə mübadiləsinə dair geniş fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM