17 May 2019 14:27
590
SİYASƏT
A- A+

Azərbaycanın Baş Naziri Çexiya Parlamenti Deputatlar Palatası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb


Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov mayın 17-də Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş Nazir Novruz Məmmədov ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra Azərbaycan-Çexiya əlaqələrinin inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm töhfələr verdiyini deyib. 2015-ci ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını xatırladan Baş Nazir qeyd edib ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında siyasi, iqtisadi, humanitar, elmi-texniki və digər sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulub.

Azərbaycanın Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 rayonun uzun illərdir erməni işğalı altında olduğunu bildirən Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə, Xocalı soyqırımı ilə bağlı qəbul olunmuş sənədə görə Çex Respublikasına və onun parlamentinə minnətdarlığını ifadə edib.

Ölkəmizə geniş tərkibdə nümayəndə heyəti ilə səfər etdiklərini vurğulayan Radek Vondraçek Azərbaycan ilə Çexiya arasında çox yaxşı münasibətlərin mövcud olduğunu, bu səfərlərinin də ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə töhfə vermək məqsədi daşıdığını vurğulayıb. Azərbaycanın Çexiyanın etibarlı tərəfdaşı olduğunu qeyd edən Radek Vondraçek ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəklədiyini söyləyib.

Görüşdə ölkələrimizin parlamentləri arasında da yaxşı əlaqələrin qurulduğu qeyd olunub, həmçinin hökumətlərarası birgə komissiyanın fəaliyyətinə, enerji, turizm, ticarət, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video