Alternative content

16:31 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
16:02 24.08.2019 Yaponiyada zəlzələ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür YENİLƏNİB
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:48 17.05.2019

Mayın 17-də II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib. Konfrans Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AQTA-nın sədri Qoşqar Təhməzli konfransın keçirilməsində əsas məqsədlərdən birinin qida təhlükəsizliyi sahəsində xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək, həyata keçirmək və bu istiqamətdə mütəmadi olaraq fikir mübadiləsi aparmaqdan ibarət olduğunu qeyd edib. Agentliyin sədri bildirib ki, AQTA bu sahədə beynəlxalq təşkilatlarla hər cür əməkdaşlığa və birgə fəaliyyətə hazırdır. Qoşqar Təhməzli, ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı sahəsində atılan addımlar barədə məlumat verərək deyib: "Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. Ölkə başçısı bu il aprelin 29-da "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Qida təhlükəsizliyi mərhələli şəkildə həyata keçirilən prosesdir. Təsdiq olunmuş yeddi illik proqram yaxın zamanlarda mərhələli şəkildə həyata keçiriləcək”.

Q.Təhməzli rəhbərlik etdiyi qurumun müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Agentliyin sədri II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransının ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirəcəyini, kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfə verəcəyini, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksəkkeyfiyyətli və təhlükəsiz məhsulların istehsalına kömək edəcəyini də xüsusi vurğulayıb.

Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov dünya əhalisinin sürətlə artdığını və insanların tələbatlarını ödəmək üçün resursların azaldığını deyib: "İnsanların tələbatlarının ödənilməsi üçün qidanın yeni üsullarla istehsalına ehtiyac yaranıb. Bu zaman qidanın, ərzaq məhsullarının keyfiyyəti, tərkibi, insan sağlamlığı üçün təhlükəsiz olması məsələsi ön plana çıxır. Hazırda qida təhlükəsizliyi problemi bəşəriyyət üçün vacibdir. Qida təhlükəsizliyi probleminin həlli üçün bundan sonra səylər daha da artırılacaq. Ona görə də hər bir ölkə öz strategiyasını və konsepsiyasını müəyyənləşdirməli və həyata keçirmək haqqında düşünməlidir. Azərbaycan dünyada ən çox islahat aparan ölkələrdən biridir. Ölkəmizdə həyata keçirilən islahatlar içərisində qida təhlükəsizliyi ilə əlaqədar müəyyənləşdirilmiş konsepsiya ayrıca qeyd olunmalıdır. İslahatlar çərçivəsində həyata keçirilmiş mühüm işlərdən biri də qida təhlükəsizliyinin təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması əhalinin sağlam və təhlükəsiz qida ilə təminatına və kənd təsərrüfatı məhsullarının ayrı-ayrı ölkələrə ixracına töhfə verilməsindən ibarətdir. Onu da qeyd edim ki, ölkəmizdə kifayət qədər münbit torpaqların bir qismi işğal altındadır. Bu o deməkdir ki, kənd təsərrüfatına yararlı torpaqların potensialı 20 faiz azalıb.

Ölkəmizdə daxili istehsal nəticəsində əldə edilən qida məhsulları ilə yanaşı, idxal edilən məhsulların da müvafiq standartlara uyğunlaşdırılması sağlam qida təminatına imkan yaradacaq. Azərbaycan qida təhlükəsizliyi sahəsində öz üzərinə düşən vəzifələri dərk edir. Ümid edirəm ki, həyata keçirilən tədbirlər və atılacaq addımlar nəticəsində əhalinin sağlam qida ilə təminatı bütövlükdə öz həllini tapacaq”.

Baş nazirin müavini tədbirin qida təhlükəsizliyi sahəsində ciddi müzakirə və fikir mübadiləsinə imkan verəcəyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov qida təhlükəsizliyinin beynəlxalq dialoqların əsas müzakirə mövzusu olduğunu bildirib. İnam Kərimov qeyd edib ki, araşdırmalara görə, qidanın insan sağlamlığına mənfi təsiri iqtisadiyyata zərər vurur: "Qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi həm sosial, həm də iqtisadi inkişaf baxımından əhəmiyyətə malikdir. O həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq şərtlərindən biridir. Qlobal inkişafın bütün mərhələlərini innovasiyasız təsəvvür etmək mümkün deyil. Təhlükəsiz qidanın istehsalı üçün innovativ texnologiyaların tətbiqi vacibdir. Onu da qeyd edim ki, qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi nəticəsində ölkəmizdə kənd təsərrüfatı və ərzaq sənayesi məhsullarının keyfiyyət göstəriciləri yüksəlib. Kənd Təsərrüfatı Nazirliyi qida təhlükəsizliyinin təmin edilməsində maraqlı tərəflərdən biridir. Bu sahədə nazirliyin üzərinə vəzifələr düşür və müvafiq tədbirlər həyata keçirilir”.

Sonra çıxış edən Avropa İttifaqının Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Baş Direktoratlığının siyasət məmuru Janr Bloumendal, Gürcüstanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi yanında Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili, Türkiyə Cümhuriyyətinin Heyvandarlıq və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Müdirliyinin rəhbəri Mümtaz Sinan, Serbiya Respublikasının Kənd Təsərrüfatı, Meşə və Su Resurslarının İdarəedilməsi Nazirliyinin dövlət katibi Senad Mahmudoviç, Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Nəzarəti Komitəsinin sədri Arman Utequlov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının direktoru Jaidev Jay Sinq Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirib, təmsil etdiyi ölkə və qurumların bu sahədə həyata keçirdiyi tədbirlərdən danışıblar.

AQTA-nın sədr müavini Elxan Mikayılov ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlara dair məruzə ilə çıxış edib.

Sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, ABŞ-ın Merilend Universiteti və ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Türk Standartlar İnstitutu, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Türkiyə Akkreditasiya Qurumu arasında anlaşma memorandumları imzalanıb. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Sadiq Məmmədov, ABŞ-Azərbaycan Ticarət Palatasının Direktorlar Şurasının həmsədri Reza Vəziri, ABŞ-ın Merilend Universitetinin Beynəlxalq Proqramlar rəhbəri Çengi Vei, Türk Standartlar İnstitutunun rəhbəri Adem Şahin, Türkiyə Akkreditasiya Qurumunun rəhbəri Orbay Evrensevdi çıxış edərək memorandumun qida təhlükəsizliyi sahəsində imkanları genişləndirəcəyini deyiblər.

Konfrans sessiyalarla davam etdirilib. Sessiyalar zamanı "Kodeks Alimentarius” standartları, yerli qanunvericilik və beynəlxalq harmonizasiya, risklərə əsaslanan idxal qaydaları, HACCP sisteminin tətbiqi və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri, qida təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiya sistemi və izlənilməsi mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM