17 May 2019 12:44
1328
Təhsil
A- A+

AzTU-da “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin seçim və Azərbaycan üzrə 5-ci final mərhələsi keçirilib


Azərbaycan Texniki Universitetində (AzTU) 18-ci "Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin seçim və Azərbaycan üzrə 5-ci final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqədən əvvəl Çinin ölkəmizdəki səfirliyinin nümayəndələri Vanq Çunqanq və Gjan Han Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazovla görüşüblər.

Görüşdə Azərbaycan-Çin dostluq münasibətlərindən danışılıb. Prorektor qonaqlara təmsil etdiyi universitet haqqında ətraflı məlumat verib. AzTU ilə Çinin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirildiyini bildirən prorektor universitetdə Çin dili kurslarının təşkil edildiyini vurğulayıb.

Daha sonra "Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin final mərhələsi başlanıb. Müsabiqəni professor Sübhan Namazov açaraq yarışmanın əhəmiyyətindən danışıb. İştirakçılara uğurlar arzulayan prorektor qeyd edib ki, müsabiqənin əsas məqsədi Azərbaycan gəncləri arasında Çin dilinə marağın artırılmasıdır.

Çinin Azərbaycandakı səfirliyinin səlahiyyətli nümayəndəsi Vanq Çunqanq iki ölkə arasında çoxşaxəli əlaqələrdən danışaraq, müsabiqənin əhəmiyyətini qeyd edib: "Çin və Azərbaycan xalqları arasında daha sıx əlaqələrin qurulmasında yeni İpək Yolu böyük rol oynayır. "Çin dili körpüsü” müsabiqəsinin də Azərbaycan ilə Çin arasında möhkəm körpüyə çevrilməsini arzulayıram”.

Sonra müsabiqənin final mərhələsi keçirilib, qaliblər münsiflər tərəfindən müəyyənləşdirilib. I, II, III, IV yerin sahiblərinə sertifikatlar və hədiyyələr təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video