17 May 2019 11:21
814
Mədəniyyət
A- A+

Bu gün Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasından 149 il ötü


Naşir, dramaturq, ədəbiyyatşünas, dirijor, Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində dünyaya göz açıb.

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli ədibin anadan olmasından 149 il ötür.

O, ibtidai təhsili 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində alıb. Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlayıb, M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazıb. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyil və həvəsi daha da çoxalır və burada "Yeyərsən qaz ətini, görərsən ləzzətini" dramını və "Dağılan tifaq" (1896) faciəsini yazır. Ali təhsil alıb Şuşaya qayıdan Haqverdiyev burada tamaşalar təşkil edir, bir müddət sonra Bakıda Şərq konsertləri verir və "Ata və oğul", "Ayın şahidliyi" kimi ilk hekayələrini dərc etdirir. 1905-ci il inqilabdan sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş Əbdürrəhim bəy Peterburqa yollanır. Duma dağılandan sonra bir müddət orada yaşayır və yazacağı "Ağa Məhəmməd şah Qacar" faciəsinə materiallar toplayır.

"Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə edir, "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət edir, "Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir". "Laqlaqı". "Mozalan", "Süpürkəsaqqal" və s. imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə və felyeton çap etdirir. 1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərir, 1920-ci ilin iyununda isə o, Bakıda yenicə yaranan Şura Teatrının komissarı seçilir. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzvi seçilir.

Bunlardan başqa ədib Şekspirin "Hamlet”, Şillerin "Qaçaqlar”, Volterin "Soltan Osman”, Zolyanın "Qazmaçılar”, Andersenin "Bülbül”, "Şahın təzə libası”, Lanskoyun "Qəzəvat”, Çirikovun "Yəhudilər”, Korolenkonun "Qoca zəng çalan” əsərlərini də dilimizə tərcümə edib.

1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş Əbdürrəhim bəy Haqverdiyevin məzarı Fəxri xiyabandadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video