Alternative content

16:48 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənədin verilməsi qaydası
Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənədin verilməsi qaydası
ANA SƏHİFƏ / Fərmanlar
01:12 17.05.2019


Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanı ilə təsdiq edilmişdir


1. Bu Qayda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (bundan sonra - AFFA) hüquqi və fiziki şəxslərə (bundan sonra - şəxs) Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənəd (bundan sonra - təsdiqedici sənəd) verməsi qaydasını müəyyən edir.

2. Təsdiqedici sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra - Məcəllə) və "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (bundan sonra - Qanun) müəyyənləşdirilmiş güzəştləri və azadolmaları əldə etməyə əsas verən sənəddir.

3. Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar təsdiqedici sənəd yalnız Məcəllədə və Qanunda nəzərdə tutulmuş şəxslərə verilir.

4. Təsdiqedici sənədin verilməsi üçün malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ilə əlaqədar bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin siyahısını Avropa Futbol Assosiasiyaları Birliyi (bundan sonra - UEFA) təsdiq etməli və elektron qaydada AFFA-ya göndərməlidir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və ya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müraciəti əsasında AFFA-nın malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi ilə bağlı müqavilələrin surətlərinin təqdim edilməsini UEFA-dan tələb etmək hüququ vardır.

5. Təsdiqedici sənəddə onun verildiyi şəxslərə dair aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

5.1. fiziki şəxsdirsə - adı, atasının adı, soyadı, fərdi identifikasiya nömrəsi (Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslərə münasibətdə), futbol klubunun (assosiasiyasının) oyunçusu və ya işçisi olmasına dair məlumat;

5.2. hüquqi şəxsdirsə - adı, qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, UEFA-nın yaratdığı və ya onu təmsil edən, yaxud onun tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxs olmasına dair məlumat.

6. Təsdiqedici sənəd bu Qayda ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla UEFA tərəfindən rəsmi təqdim edilmiş siyahıda adları sadalanan şəxslərlə bağlı həmin şəxslərin müraciəti olmadan, UEFA-nın müraciəti əsasında AFFA tərəfindən 3 (üç) iş günü ərzində UEFA-ya və bu Qaydanın 3-cü hissəsində qeyd olunan şəxslərə verilir.

7. AFFA verdiyi təsdiqedici sənədlə birgə aşağıda göstərilən məlumatları da elektron qaydada və ya kağız daşıyıcıda 3 (üç) iş günü ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdim etməlidir:

7.1. xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin adı;

7.2. xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

7.3. xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin rezidenti olduğu ölkə;

7.4. xidmətin (malın, işin) adı;

7.5. xidmətin (malın, işin) məzmunu;

7.6. müqavilənin tarixi;

7.7. müqavilənin nömrəsi;

7.8. müqavilənin dəyəri;

7.9. müqavilənin icrasının başlanma tarixi;

7.10. müqavilənin icrasının bitmə tarixi.

8. Təsdiqedici sənədin formasını AFFA təsdiq edir.

9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və (və ya) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Qaydanın 7-ci hissəsində göstərilən məlumatlarda uyğunsuzluq və ya çatışmazlıq aşkar etdikdə və onların aradan qaldırılması mümkün olmadıqda bu barədə AFFA-ya dərhal məlumat verməlidirlər.

10. AFFA bu Qaydanın 9-cu hissəsinə əsasən daxil olmuş məlumatı təsdiq etdikdə təsdiqedici sənədin ləğvi barədə qərar qəbul edir və UEFA-nı, Azərbaycan Respublikasının Vergilər Nazirliyini və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini dərhal məlumatlandırır.



Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM