Alternative content

13:58 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kreativ layihə uşaqların ürəyincə oldu
Kreativ layihə uşaqların ürəyincə oldu
ANA SƏHİFƏ / Mədəniyyət
01:02 17.05.2019


Sumqayıt Dövlət Dram Teatrı son vaxtlar tamaşaçıların teatra marağının artırılmasına yönələn müxtəlif layihələr gerçəkləşdirir.

Bu qəbildən olan növbəti ekskursiya - baxış layihəsi çərçivəsində şəhər Mərkəzi kitabxanasının uşaq şöbəsində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq Poeziya Klubunun üzvləri sənət məbədini ziyarət ediblər. Uşaqlar qrim otaqlarına baxıb, tamaşa qabağı hazırlığı, texniki prosesi izləyiblər. Kicik tamaşaçılara repertuardakı əsərlər, onların ideya-estetik qayəsi barədə məlumat verilib.

Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova belə tədbir və görüşlərin uşaqların dünyagörüşlərinin formalaşmasında önəm kəsb etdiyini bildirib. Rejissor Vasif Məmmədovun quruluşunda Abdulla Şaiqin "Danışan gəlincik” əsərinə tamaşa etdikdən sonra balaca aktyorlarla teatr truppası yerlərini dəyişib. Bu dəfə uşaq teatrının üzvləri səhnəyə çıxaraq Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının yaradıcılığından nümunələr səsləndiriblər. Balacaların çıxışları peşəkar heyət tərəfindən alqışlarla qarşılanıb.

Daha sonra uşaqlara tamaşanın ərsəyəgəlmə prosesində önəmli olan faktorlar və afişalar haqda məlumat verilib. Həmçinin 50 yaşlı Sumqayıt Dövlət Dram Teatrının veteran aktyorlarının şəkilləri həkk olunmuş stendə nəzər salınıb.

Sonda uşaq klubunun üzvləri teatrın kollektivinə maraqlı görüşə görə minnətdarlıq edib. Vurğulanıb ki, belə kreativ layihələrin həm bədii-estetik, həm də maarifləndirici funksiyası əvəzolunmazdır.

Akif ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM