Alternative content

00:20 21 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Təmiz Şəhər” ASC 200 min nəfəri alternativ enerji ilə təmin edib
“Təmiz Şəhər” ASC 200 min nəfəri alternativ enerji ilə təmin edib
ANA SƏHİFƏ / ELANLAR
01:00 17.05.2019


Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə ölkəmizdə əldə olunan alternativ enerjinin 51 faizi məhz tullantıların düzgün zərərsizləşdirilməsindən alınır. Ötən il Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması nəticəsində 162,2 milyon KVt/s və ya 200 min nəfəri il ərzində təmin edəcək qədər elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 2012-ci ildə istifadəyə verilib. Dördüncü nəsil 4G texnologiyası ilə inşa edilən bu zavod il ərzində 500 min ton bərk məişət və 10 min ton tibbi tullantı yandırmaq gücünə malikdir. Yanma zamanı bacadan çıxan tüstü xüsusi filtrlərdən keçərək tam neytrallaşdırıldıqdan sonra havaya buraxılır. Nəticədə tullantıların həcmi 10 dəfəyədək azaldılır və qaynayan su buxara çevrilərək elektrik enerjisi yaradır.

Ümumiyyətlə, Bakı şəhərində tullantıların düzgün yerləşdirilməsi və zərərsizləşdirilməsi nəticəsində ekoloji mühitin yaxşılaşdırılması, sahibkarların təkrar emal sahəsinə cəlb olunması istiqamətində son illər ərzində ciddi adımlar atılıb. Bu baxımdan Balaxanıda yerləşən Almaniya texnologiyaları ilə inşa edilən Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodu mühüm əhəmiyyət kəsb edir. Zavod il ərzində 200 min ton tullantı qəbul etmək gücünə malikdir. Bu zavodda çeşidlənən tullantılar təkrar emal müəssisələrini özündə birləşdirən Balaxanı Sənaye Parkına yönləndirilir.

Yanmaya və çeşidlənməyə yararlı olmayan tullantılar isə ekoloji standartlara uyğun qaydalara əməl olunmaqla Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda basdırılır. Ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən poliqon cəmi 10 il əvvəl tüstü və yanğınlar mənbəyi hesab olunurdu. Hazırda isə poliqon beynəlxalq ekoloji normalara tam cavab verən sanitar statusa malikdir. Burada tullantıdan ayrılan çirkab sular filtrlər vasitəsilə texniki suya, bioqazlar isə elektrik enerjisinə çevrilir. Beləliklə, son 10 il ərzində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsindən maksimum fayda əldə olunaraq ekologiyanın qorunması sahəsində böyük tərəqqi əldə olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM