17 May 2019 01:00
935
CƏMİYYƏT
A- A+

İsmayıllıda “Strateji Yol Xəritəsi” mövzusunda seminar-treninq keçirilib


İsmayıllı Rayon İcra Hakimiyyəti iqtisadiyyat, maliyyə qurumları ilə periodik və inkişafın müxtəlif istiqamətlərinə uyğun olaraq seminarlar, treninqlər, elmi konfranslar keçirir.

Bunlar da rayonun sosial-iqtisadi inkişafının sürətini və keyfiyyətini artırmaq stimuluna çevrilir. Azərbaycan Dövlət İqtisad Universitetinin İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə "Maliyyə savadlılığının və biznes subyektlərində texnologiya savadlılığının artırılması və "Strateji Yol Xəritəsi” mövzusunda keçirdiyi seminar-treninq miqyası və məzmunu ilə daha çox iştirakçı cəlb edib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov açıb və qeyd edib ki, bu tip tədbirlər iqtisadi, maliyyə, kommersiya, biznes qurumlarının fəaliyyətinə elmilik, müasirlik gətirir, idarəetmə imkanlarını artırır.

Seminarın giriş hissəsində ADİU-nin "Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov və "Mühasibat uçotu və audit” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Sifariz Səbzəliyev çıxış ediblər. "Azərbaycan Respublikasında vergi islahatları çərçivəsində edilən dəyişikliklər, görüləcək işlər, vergi orqanları və sahibkarların birgə fəaliyyəti. Vergi inzibatçılığında yeni elektron texnologiyalarının tətbiqi imkanları”, "Bank biznesinin ən yeni formaları, şəbəkə və internet bankları, hesabların distant idarə olunması. Elekton bankçılığın gələcək inkişaf perspektivləri” və "Elektron mühasibatlığın tətbiqi və bu sahədə olan yeniliklər” mövzusunda məruzələr dinlənilib.

Seminar-treninq diskussiya formasında yekunlaşıb.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video