Alternative content

19:25 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib
Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
23:59 16.05.2019

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə mayın 16-da Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, maliyyə, nəqliyyat və logistika, təhsil, İKT, təsərrüfat, energetika və sair sahələrdə fəaliyyət göstərən 100-dək iş adamı iştirak edib.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Çexiya əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 57 faiz artaraq 1 milyard dolları keçib. Çex şirkətləri Azərbaycanda ümumi dəyəri 2,8 milyard dollardan çox olan dövlət layihələrinə podratçı qismində cəlb ediliblər: "Ölkələrimiz arasında birgə müəssisələrin yaradılması və müxtəlif sahələrdə, o cümlədən sənaye, kənd təsərrüfatı, energetika, kimya, nəqliyyat, turizm, İKT, ekologiya və sair sahələrdə təcrübə mübadiləsinin aparılması üçün geniş imkanlar var. Hər iki ölkə qarşılıqlı investisiya qoyuluşu sahəsində uğurlu əməkdaşlıq edir”.

Vurğulanıb ki, Azərbaycan həm ikitərəfli, həm də Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq çərçivəsində Çexiya ilə münasibətlərin inkişafına böyük önəm verir. Avropa İttifaqı ölkəmizin əsas xarici ticarət tərəfdaşıdır. 2018-ci ildə İttifaq ölkələri ilə ticarət dövriyyəsi 13 milyard dollara çatıb və Aİ Azərbaycanın xarici ticarətində payı 42 faiz təşkil edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Nazir müavini bildirib ki, "Avropa İttifaqının işgüzar mühiti haqqında hesabat: Azərbaycan 2018". Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətlərinin rəyləri" adlı sənəddə siyasi sabitliyin Azərbaycanda işgüzar mühitin 5 ən yaxşı göstəricisindən biri olduğu qeyd edilib. Bundan başqa, "Doing Business 2019" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.

Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar barədə məlumat verən nazir müavini deyib ki, ötən dövrdə sahibkarlığa dövlət dəstəyi mexanizmləri təkmilləşdirilib, sahibkarlıq fəaliyyətinin qeydiyyatı qaydaları əhəmiyyətli dərəcədə sadələşdirilib və dövlət elektron xidmətlərinin əhatə dairəsi genişləndirilib. Cənubi Qafqazın ÜDM-nin 60 faizdən çoxu Azərbaycanın payına düşür.

R.Məmmədov bildirib ki, iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsi önəmlidir. Bugünkü biznes forum bu sahədə öz töhfəsini verəcək.

Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek Azərbaycana səfərindən məmnunluğunu bildirib. Ölkəmizin Çexiyanın ənənəvi tərəfdaşı olduğunu qeyd edən R.Vondraçek ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında, qarşılıqlı iqtisadi-ticarət, maliyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı diqqətə çatdırıb.

Sonra AZPROMO-nun əməkdaşı Zöhrab Qədirov və Çexiya Sənayeçilər İttifaqının prezidenti Yaroslav Qanak müvafiq olaraq Azərbaycan və Çexiyanın biznes və investisiya imkanlarına, Çexiyanın Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə rəhbəri Frantişek Masopust çex şirkətləri ilə əməkdaşlıq potensialına, Çexiya Sənayeçilər İttifaqının meneceri Tomaş Qodaç isə çex sənaye şirkətlərinin fəaliyyət istiqamətlərinə dair təqdimatlarla çıxış ediblər.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM