16 May 2019 23:56
767
CƏMİYYƏT
A- A+

Şimali Kiprin “BRT” televiziyası Ermənistanın işğalçılıq siyasəti barədə veriliş yayımlayıb


Şimali Kiprin "BRT” televiziya kanalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi proqram yayımlanıb.

AZƏRTACxəbər verir ki, proqram Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşəbbüsü ilə hazırlanıb. AKCD-dən verilən məlumata görə, "Gündəm” verilişinin aparıcısı, Şimali Kiprin tanınmış telejurnalisti Aziz Qaraəziz tərəfindən hazırlanan proqramın qonağı Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu olub. O.Həsənoğlu bildirib ki, təcavüzkar Ermənistan bəzi xarici qüvvələrin təhriki və dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edib. Bütün dünya bu işğaldan xəbərdardır. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə kəskin etiraz etsələr də, Azərbaycan torpaqları hələ də işğaldan azad olunmayıb. Bu gün ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalan bir milyondan çox vətəndaşımız var. 1994-cü il mayın 12-də Bişkek protokolu ilə tərəflər arasında atəşkəs sazişi imzalansa da, Ermənistan tərəfi bu günə qədər bu razılaşmanın şərtlərinə əməl etməyib, əksinə, işğalçı tərəf hər gün Azərbaycan tərəfinə atəş açmaqda davam edir. Sözügedən protokolun imzalanmasından 25 il keçir. Proqramda tamaşaçılara Şuşanın işğalı ilə bağlı da məlumat verilib. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin bütün səylərinə baxmayaraq, Ermənistan hökumətinin münaqişənin sülh yolu ilə həllini əngəllədiyi bildirilib.

Diqqətə çatdırılıb ki, təcavüzkar tərəf Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı hücumları davam etdirir. Azərbaycan xalqı Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdardır, eyni zamanda, öz ata-baba torpağını heç kimə güzəştə getmək niyyəti yoxdur.

O.Həsənoğlu deyib ki, Azərbaycan xalqı öz Prezidenti ilə həmrəydir. Ölkədəki sabitliyin və inkişafın əsasını xalq-iqtidar birliyi təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video