Alternative content

17:53 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş Nazir Novruz Məmmədov XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub
Baş Nazir Novruz Məmmədov XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub
ANA SƏHİFƏ / SİYASƏT
23:54 16.05.2019

Mayın 16-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - "WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - "Caspian Agro” sərgiləri ilə tanış olub. Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Baş Nazirə məlumat verilib ki, sərgilərdə dünyanın 32 ölkəsini, ümumilikdə, 440 şirkət, eləcə də 11 milli və regional qrup təmsil edir. "WorldFood Azerbaijan” və "Caspian Agro” sərgilərində Azərbaycan ilə yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələrdən şirkətlər yer alır. İtaliya, Türkiyə, Belarus, Gürcüstan, Niderland Krallığı və Şri-Lanka sərgidə milli stendlərlə iştirak edirlər. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikası, əkin-biçin aqreqatları, kənd təsərrüfatı məhsulları təqdim olunur.

Sərgilər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir.

Baş Nazir Novruz Məmmədov hər iki sərginin pavilyonları ilə tanış olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM