16 May 2019 18:59
835
İDMAN
A- A+

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının təntənəli açılış mərasimi olub


Mayın 16-da Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin paradı keçirilib.
Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov açılış mərasimində çıxış edərək rəhbərlik etdiyi qurumun adından iştirakçıları təbrik edərək uğurlar arzulayıb. Azərbaycanın artıq dördüncü dəfədir bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etdiyini xatırladan F.Qayıbov ölkəmizdə idmanın bu növünün inkişafına görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyevaya, həmçinin idmançılara və azarkeşlərə minnətdarlığını bildirib.

Sonra F.Qayıbov çempionatı açıq elan edib.

Sonra Əməkdar artist Sevda Ələkbərzadənin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və rəsmi hissəyə yekun vurulub.

Açılış mərasimi gimnastika üzrə milli komandalarımızın üzvlərinin və xoreoqrafiya qrupunun ifasında "Bizim qəhrəmanlar” kompozisiyası ilə davam edib. Kompozisiyanın qəhrəmanları bir zamanlar paralel dünyada yaşayan iki qardaş – Su adam və Alov adam təşkil ediblər. Rəvayətə görə, bir gün qardaşlar oyun oynayırlar. Bu oyun zamanı Su adam qardaşına qalib gələrək 8 medal qazanır. Qəzəblənən Alov adam qardaşını insanların dünyasına qovur. İnsanların dünyasında Su adam super qəhrəmanların komandası ilə tanış olur. Bu qəhrəmanlar ona öz dünyasına qayıtmağa və qardaşının ordusuna qalib gəlməyə kömək edirlər. Bu yaxşılığın qarşılığında Su adam qazandığı medalları intiqam almaqda ona kömək edən bütün döyüşçülərə paylayır, sonuncu medalı isə sülh və dostluq əlaməti olaraq öz qardaşına – Alov adama verir. Kompozisiyanın əsas qayəsi olan səkkiz medal Avropa çempionatının səkkiz dəst medalını təcəssüm etdirir.

Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar məharətlərini göstərəcəklər. Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər.

Xatırladaq ki, 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatı Bakıda keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video