Alternative content

17:54 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Atcılıq üzrə cıdır yarışlarının yeni mövsümünə start verilib
Atcılıq üzrə cıdır yarışlarının yeni mövsümünə start verilib
ANA SƏHİFƏ / İDMAN
17:01 16.05.2019

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində yeni mövsümün cıdır yarışlarına start verilib.

ARAF-dan AZƏRTAC-a bildiriblər ki, hər il keçirilən cıdır yarışlarına ingilis, ərəb, Qarabağ və Dilbaz atları cəlb olunub.

Yarışın gərgin idman mübarizəsi şəraitində keçən birinci günü beş qaçışdan ibarət olub. Qarabağ və Dilbaz atlarının yarışdığı 800 metr məsafəyə birinci qaçışda ilk iki pillədə "Xan-Xan” atçılıq idman klubunun (AİK) "Çalxan qala” və "Xan qızı” ləqəbli, üçüncü yerdə isə "Omar” atçılıq idman klubunun "Nəfəs” ləqəbli atları qərarlaşıblar.

Ərəb atlarının yarışdığı 800 metr məsafəyə ikinci qaçışda "Günay” AİK-in "Şiraz” ləqəbli atı qalib olub. "Qraf” ləqəbli at ikinci, Rafim Əsgərovun sahib olduğu "Renessans-tersk” ləqəbli at isə üçüncü yeri tutublar.

Günün üçüncü qaçışı 1400 metr məsafə üzrə təşkil olunub. İngilis atlarının iştirak etdiyi bu yarışda "Xan-Xan” AİK-in "Naxçıvan” və "Miss Mambo” ləqəbli atları qaçışı müvafiq olaraq birinci və ikinci başa vurublar. "Omar” AİK-in "Matilda” ləqəbli atı üçüncü, "Quida” ləqəbli atı isə dördüncü olublar.

1600 metr məsafəyə qaçışda dörd yaşdan yuxarı Qarabağ və Dilbaz atları yarışıblar. Bu yarışda "Xan-Xan” AİK-in "Dağlar” ləqəbli atı birinci, Ramiz İbrahimovun "Pəri” ləqəbli atı ikinci olublar. "Sərhədçi” AİK-in "Qaradağ”, Allahverən Əliyevin "Laləzar” ləqəbli atları isə digər yerləri tutublar.

Mövsümün birinci cıdırının sonuncu qaçışında ingilis atları 1600 metr məsafədə yarışıblar. "Omar” AİK-in "Atilla” ləqəbli atı bu qaçışın qalibi adını qazanıb. Azərin Əlizadənin "Butsefal” ləqəbli atı ikinci yeri tutub. "Omar” AİK-in "Mr. Tornado” ləqəbli atı üçüncü, Ələddin Dadaşovun "Royal Mirage” ləqəbli atı isə dördüncü olublar.

Yarışların ümumi mükafat fondu 14,2 min manat təşkil edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM