Alternative content

17:54 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sözünüzü axıracan deyin, cənab Paşinyan!
Sözünüzü axıracan deyin, cənab Paşinyan!
ANA SƏHİFƏ / SİYASƏT
13:48 16.05.2019

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Pekində keçirilən "Asiya sivilizasiyalarının dialoqu” forumunda çıxış edərək deyib: "Biz XXI əsrdə absurd hesab edilən ayırıcı xətlərin, süni maneələrin və bağlı sərhədlərin əleyhinəyik, amma bizim qonşularımız belə maneələri saxlamaqda davam edir, təhlükəsizliyə təhdid və iqtisadi əngəllər yaradırlar”.

Görünür, Paşinyan "qonşular” dedikdə Azərbaycanı və Türkiyəni nəzərdə tutur. Həqiqətən, Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal edəndən sonra Azərbaycan və Türkiyə Ermənistanla sərhəd hissələrini bağlayıblar.

AZƏRTAC xəbər verir ki, Ermənistan baş nazirinin dedikləri ilk baxışda tamamilə doğrudur və bu məsələnin təfsilatını bilməyən obıvatel ehtiyatsızlıq edərək onun fikri ilə razılaşa da bilər. Lakin "A” deyəndən sonra "B” də demək lazımdır – Paşinyanın dediklərinin hamısı nəticədir, səbəbi isə o, biabırçı şəkildə gizlədir.

Paşinyan ayırıcı xətlərin əleyhinədir, Bakı və Ankara isə başqasının ərazisinin işğal edilməsinin əleyhinədirlər.

Paşinyan XXI əsrdə bağlı sərhədlər olmasını absurd hesab edir, bu sərhədləri bağlamış dövlətlər isə hələ XX əsrdən davam edən qeyri-qanuni işğalı absurd hesab edirlər.

Nəticə var, lakin səbəb də var. Buna görə də səbəbi gizlədərək təkcə nəticə barədə danışmağa dəyməz.

Bir absurd olmasa, ondan irəli gələn başqa absurd da olmaz.

Hər şey son dərəcə sadədir, cənab Paşinyan. Gələn dəfə sözünüzü axıracan deyin.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM