Alternative content

21:57 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qalatasaray” futbol klubu 18-ci dəfə Türkiyə kubokunun qalibi olub
“Qalatasaray” futbol klubu 18-ci dəfə Türkiyə kubokunun qalibi olub
ANA SƏHİFƏ / İDMAN
09:59 16.05.2019

Mayın 15-də futbol üzrə Türkiyə kubokunun finalında "Qalatasaray” və bu turnirin sonuncu qalibi "Akhisar Bələdiyyəspor” komandaları qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, Sivas şəhərində keçirilən oyunda İstanbul təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edərək 18-ci dəfə Türkiyə kubokunun sahibi olub.

Oyun qarşılıqlı hücumlarla başlayıb. Matçın 10-cu dəqiqəsində Henri Onyekuru topu rəqib qapısından keçirsə də, oyundankənar vəziyyət qeydə alınıb. Görüşün birinci hissəsində qapılara top vurulmayıb.

Birinci hissədən fərqli olaraq, fasilədən sonra qapılara dörd top vurulub. Qarşılaşmanın 57-ci dəqiqəsində "Akhisar Bələdiyyəspor”un heyətində Elvin Manu hesabı açıb – 1:0. Lakin görüşün 78-ci dəqiqəsində "Akhisar Bələdiyyəspor”un futbolçusu Migel Lopesin qırmızı vərəqə ilə cəzalandırılması və qapısına 11 metrlik cərimə zərbəsinin təyin olunması oyunun taleyini həll edib. Zərbəni dəqiq yerinə yetirən Sinan Gümüş görüşdə tarazlığı bərpa edib – 1:1. "Qalatasaray” komandası oyunun sonunda Sofian Fequlinin (88) və Mbaye Diaqnenin (94) qolları sayəsində matçda qalib gəlməyi bacarıb. Beləliklə, oyunda 3:1 hesabı ilə qələbə qazanan "Qalatasaray” Türkiyə kuboku uğrunda 57-ci turnirin qalibi olub. Türkiyə kubokunda 23 dəfə finalda oynayan "Qalatasaray” futbolçuları 18 dəfə baş mükafatı başları üzərinə qaldırıblar. İstanbul təmsilçisi bu göstərici üzrə ölkə klubları arasında liderdir.

Xatırladaq ki, Fatih Terimin baş məşqçisi olduğu komanda kubokun yarımfinalında "Yeni Malatyaspor”u mübarizədən kənarlaşdırmışdı. "Akhisar Bələdiyyəspor” isə yarımfinalda "Ürmaniyəspor”dan üstün olmuşdu.

"Akhisar Bələdiyyəspor” kubokda uğurla çıxış edərək ardıcıl ikinci ildir finala yüksəlib. Komanda ötən mövsüm "Fənərbağça”nı məğlub edərək tarixində ilk dəfə ölkə kubokuna sahib olmuşdu. Türkiyə superkubokunda isə komanda məhz "Qalatasaray”a qalib gəlmişdi.

Bu mövsüm Türkiyə çempionatının ilk dövrəsində "Akhisarspor” doğma meydanda "Qalatasaray”dan 3:0 hesabı ilə üstün olub. İstanbuldakı matçda isə "Qalatasaray” minimal hesablı qələbəyə sevinib – 1:0.

Hazırda "Qalatasaray” Türkiyə superliqasında 66 xalla liderdir. "Akhisar Bələdiyyəspor” isə 25 xalla turnir cədvəlinin autsayderidir. Sonuncu pillədə qərarlaşan komandanın Superliqanı tərk edəcəyi rəsmiləşib. Komanda növbəti mövsümdən Sportoto birinci liqada çıxış edəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM