Alternative content

21:56 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin roluna dair müzakirələr aparılıb
Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin roluna dair müzakirələr aparılıb
ANA SƏHİFƏ / SİYASƏT
02:17 16.05.2019


Mayın 15-də Bakıda Azərbaycan Respublikası Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov "Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndən irəli gələn məqsədlər və Azərbaycanın DİM-lərə nail olunması istiqamətində gördüyü işlər barədə danışıb. O, ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, Şura çərçivəsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirildiyini, Azərbaycanın inkişaf prioritetlərinin DİM-lərə uyğunlaşdırıldığını və ölkəmizdə həyata keçirilən dövlət proqramları və digər sənədlərdə DİM-lərin nəzərə alındığını qeyd edib. Baş nazirin müavini Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində dövlət-özəl əməkdaşlığının, bu sahədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın regionda ilk ölkə olaraq BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Azərbaycanın İkinci Könüllü Milli Hesabatının təqdim olunacağını bildirib.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti DİM-lərə çatmaq üçün görüləcək tədbirlər, bu sahədə Azərbaycanla əməkdaşlıq barədə fikirlərini bölüşüb. DİM-lərin həyata keçirilməsi istiqamətində ölkəmizin ciddi addımlar atdığını vurğulayan A.Frakassetti bu sahədə Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, Azərbaycanın 2017-ci ildə Könüllü Milli Hesabatını təqdim edən ilk ölkələrdən olduğunu diqqətə çatdırıb.

İqtisadiyyat Nazirliyinin dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov "DİM-in qlobal məqsəd, hədəf və göstəricilərin milli prioritetlərə uyğunlaşdırılması və DİM-lərdə özəl sektorun rolu” mövzusunda təqdimatla çıxış edib.

"Dayanıqlı İnkişaf Məqsədləri və özəl sektor” panel müzakirədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar barədə məlumat verib. Sahibkarlığın inkişafının, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu, son zamanlar köklü islahatların aparıldığını vurğulayan S.Məmmədov bu sahədə görülən işlərin nəticəsi olaraq, ümumi daxili məhsulda özəl sektorun payının 85 faizə, məşğulluqda isə 76 faizə çatdığını qeyd edib. Bütün bunlar isə DİM-in səmərəli icrası baxımından mühüm əhəmiyyət kəsb edir. Özəl sektora göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri dövlət-özəl sektor münasibətlərini daha da inkişaf etdirməklə qarşıya qoyulmuş hədəflərə nail olunmasına öz töhfəsini verir.

O, əldə olunan nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edib. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilmiş və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda Azərbaycanın mövqeyi 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib.

Paneldə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, "Ernst & Young Holdings” şirkətinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri Günel Fərəcova, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova və "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva DİM-lərin səmərəli icrasında özəl sektorun rolundan danışıblar.

Panel iclasda DİM-lərə nail olmaq üçün dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, bu sahədə sahibkarlığın töhfəsi barədə fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM