16 May 2019 02:14
1454
SİYASƏT
A- A+

Dəcəl meymun, çolaq ayı, çəp keçi


Ünsür maraqlı və tutumlu sözdür!

Dövlət başçısı İlham Əliyevin dilindən səsləndikdən sonra yeni məzmun, yeni məna kəsb edib!

Təəssüf ki, yeni mahiyyətinə uyğun şəkildə dilimizin izahlı lüğətində hələ özünə yer almayıb!

Eyb etməz, zamana ehtiyac var!

Köhnə izahı isə qənaətbəxş və tam deyil!

Yeni interpretasiyada ünsür - adam adlandırmağa çiyrindiyin canlı varlıq deməkdir!

***

İnsanın ünsürə çevrilməsində xəyanətin böyük rolu var:

* müstəqil dövlətinə xəyanətin;

* milli maraqlara xəyanətin;

* xalqın haqq işinə, ədalətli mübarizəsinə xəyanətin;

* vətəninə xəyanətin!

Adətən ünsürlər özlərinə və xəyanətlərinə haqq qazandırmaq üçün əməllərini "demokratiya”, "söz azadlığı”, "müxalifətçilik” adı ilə pərdələməyə çalışırlar!

Amma, atalar demişkən, kor da bilir ki, balıq şordur!

Adətən hadisəyə mahiyyətinə görə qiymət verilir!

Mahiyyət isə xəyanət xəmiri ilə yoğrulduğundan birmənalıdır: bir qarın yeməyə və Avropada yaşamaq imkanına görə vətənini, millətini, xalqını və dövlətini satmaq!

Beşinci kolona üzv olaraq qrant quluna çevrilmək!

Bütün bu əməllərə "demokratiya”, "söz azadlığı”, "müxalifətçilik” pərdəsi çəkməklə onları da hörmətdən salmağa çalışmaq isə mənasızdır, yersizdir və baş tutan deyil!

***

Təklikdə qalmış üç ünsürün - Krılovun məşhur təmsilində deyildiyi kimi - dəcəl meymun, çolaq ayı və çəp keçinin iyrənc hoqqabazlıqlarını Brüsseldə gördük.

Azərbaycan üçün çox önəmli sayılan beynəlxalq tədbirin baş tutduğu Brüsseldə.

Əvvəla qeyd edək ki, Prezident

İlham Əliyev Brüsselə şəxsi işi üçün getməmişdir!

Səfərin əsas məqsədi "Şərq Tərəfdaşlığı” təşəbbüsünün on illiyinə həsr edilən yubiley tədbirində iştirak və Avropa İttifaqı ilə imzalanacaq yeni tərəfdaşlıq müqaviləsinin hazırlanması ilə bağlı danışıqların davam etdirilməsi idi.

İlham Əliyev Brüsselə məhz Azərbaycan xalqının və dövlətinin milli maraqlarını təmin etməyə getmişdi!

Müstəqil Azərbaycanın sərvət və imkanlarını reallaşdıracaq transmilli layihələrin faydasını artırmaq yönündə yeni imkanlar araşdırıb gerçəkləşdirməyə getmişdi!

Ölkəmizin iqtisadi qüdrətini və siyasi nüfuzunu daha da yüksəltmək üçün diplomatik fəaliyyətə getmişdi!

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yeni dəstək, tərəfdar tapmağa getmişdi!

Belə bir məqamda bu səfərə və onun iştirakçılarına qarşı çıxmaq birbaşa vətənə, millətə, xalqa və dövlətə qarşı çıxmaqdır!

Məhz bu halda insan ünsürə çevrilir!

***

Milçək bir şey deyil, amma könül bulandırır - demişlər!

O qədər belə milçəklər görmüşük ki: həm ölkə daxilində, həm də xaricdə!

Ömründə bir saat belə Azərbaycan vətəndaşının şərəfli adını daşımayan ünsür Azərbaycanın qədrini hardan bilib, təəssübünü necə çəkəcək!

Öz süfrəsinin şiri ola bilməyib özgə süfrələrində tülkülük edənlərdən bundan artıq nə gözləmək olar!

Belələri hər addımda, hər kəlmələrində özlərini ifşa edərək təklikdə qalırlar!

Hətta Azərbaycanın düşmənləri belə onlara yaxın getmirlər, uzaqdan muzdlarını və yallarını göndərirlər!

Belələrinin ən böyük qazancı isə Azərbaycan xalqının ümumi nifrətidir!

Adından istifadə etdiyi Azərbaycan xalqının qəzəb və nifrəti!

Ötən dövrdə təkcə erməni diasporu hesabına qrantlar yox, əsl azərbaycanlıların nifrətini də qazanıblar!

Həm də adi insandan ünsürə çevriliblər!

Ortalıqda tək-tənha qaldıqlarından köhnə ifada təzə "ansambl” yaradıblar: dəcəl meymun, çolaq ayı, çəp keçi ancamblı!

Dünyanı necə tutsan, eləcə də gedəcək - bunu da aqillərimiz deyiblər!

Tutun bu dünyanı bu sayaq, xain ünsürlər kimi - görək harayacan gedəcəksiniz!

Ay vətənə dönük çıxanlar!

Ay vətənə nankorluq edənlər!

Ay vətəni satıb əvəzində yal alanlar!

***

Görün nə günə qalmısınız!

Özünüzdən başqa əməllərinizi bəyənən yoxdur!

ÇÜNKİ:

* xalqa xəyanət etdiyinizə görə müstəqil Azərbaycanda yaşayan ölkə vətəndaşları sizdən üz döndəriblər;

* mühacirətdəki azərbaycanlılar daha sizə yaxın gəlmirlər;

* erməni xislətində olsanız da, ermənilər də keçmişdə azərbaycanlı olduğunuza görə sizləri qəbul edib yanlarına qoymurlar!

Bir özünüzsünüz, bir də əl telefonlarınız!

Nə qədər istəyirsiniz çərənləyin, özünüzü çəkin, reklam edin!

Yaşadığınız ölkədən qovulmamaqdan ötrü başqa əlacınız da yoxdur!

Beş-on quruş qrant üçün hər şeyə hazırsınız!

Allah kəssin belə yaşayışı da, bu cür çörək qazanmağı da!

Sizin bu oyunbazlığınız Don Kixotun yel dəyirmanı ilə vuruşmağına bənzəyir!

Görək gəbərəndə sizləri kimlər, hansı adətə görə, hansı qəbiristanlıqda dəfn edəcəklər!

Görək cənazə namazınıza duran olacaqmı?!

Görək qulağınız bir dəfə yasin səsi eşidəcəkmi?!

Görək sizlərə rəhmət oxuyan tapılacaqmı?!

Görək başdaşınıza hansı dildə, hansı sözlər yazılacaq!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video