Alternative content

21:59 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda gənclərin fəallığını stimullaşdıran hüquqi baza mövcuddur
Azərbaycanda gənclərin fəallığını stimullaşdıran hüquqi baza mövcuddur
ANA SƏHİFƏ / SİYASƏT
02:13 16.05.2019


"Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”. Dövlət başçısı İlham Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında söylədiyi bu fikirlər arxada qalan illərin aydın mənzərəsini yaradır. Təbii ki, hansı sahədən bəhs ediriksə, ilk növbədə, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etməyə böyük zərurət duyulur. Gənclərə diqqət və qayğı ümummilli lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin əsasında dayanıb. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər, eyni zamanda, bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməli, lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.

Tarixi paralellər fonunda təhlil apardıqda görürük ki, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra onların dövlətin idarə edilməsində fəal iştirakını təmin etmək üçün biri-birindən mühüm addımlar atmışdır. Ümummilli liderin hakimiyyətinin birinci dövründə minlərlə Azərbaycan gəncinin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilməsi də bu istəyin göstəricisidir. 1993-cü ildən başlanan Heydər Əliyev yolunun mühüm uğurları sırasında da gənclərin dünyanın müxtəlif ali məktəblərinə göndərilməsi siyasətinin davam etdirilməsi əsas yer tutur. Müxtəlif ölkələrlə əməkdaşlıq müqavilələri çərçivəsində ayrılmış təqaüd yerləri hesabına gənclərimiz bu və ya digər ölkələrdə ali təhsil almağa göndərilmişdir.

Qeyd etdiyimiz kimi, Azərbaycan gənclər ölkəsidir. Bu gün bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, sıralarını günbəgün kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirən Yeni Azərbaycan Partiyasında gənclərimiz çoxluq təşkil edirlər. Ümummilli lider Yeni Azərbaycan Partiyasının II qurultayında partiyanın sıralarında gənclərin çoxluq təşkil etməsinin vacibliyini bildirərək xüsusi qeyd etmişdir ki, gənclər bu partiyada birləşməlidir. Bu mühüm məqam da diqqətə çatdırılmışdır ki, gənclər Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövr keçməsindən xəbərsizdirlər. Onlara həmin dövrün reallıqlarının olduğu kimi çatdırılması vacib şərtdir. Partiyanın gələcəyinə böyük inamla yanaşan dahi şəxsiyyət Heydər Əliyev bildirmişdi: "Həm indi partiyamızda üzv olan, həm də gələcəkdə üzv olacaq gənclərin hamısı bizim gələcək nəsillərimizdir. Onlar Naxçıvanda əsası qoyulan işlərin davamçıları və 1993-cü ildən hakimiyyətdə olan partiyamızın həyata keçirdiyi işin davamçıları olmalıdırlar. Hesab edirəm ki, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı fəlakətdən qorusunlar. Onlar düzgün, doğru yolla, milli hislər yolu ilə getməli və partiyamıza sadiq olmalıdırlar”. Məhz bu diqqət və qayğının nəticəsidir ki, partiyanın sıralarında təmsil olunan gənclər onlara potensial imkanlarını ortaya qoymaq üçün böyük meydan verildiyini, gələcəyin liderləri kimi yetişmələri üçün biri-birindən önəmli layihələrin həyata keçirilməsindən məmnunluqlarını ifadə edirlər. Bu gün hər bir Azərbaycan gənci Heydər Əliyev ideyalarının təbliğatçısı olmaqla yanaşı, onlara yaradılan şəraitdən bəhrələnərək bütün qüvvə və bacarıqlarını Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsinə yönəldirlər.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək yüksəkixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur: "Peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə, ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq”. Ulu öndər Heydər Əliyev siyasətinin davamı olaraq dövlət başçısı İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiqlənən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib ölkəmizdə tətbiqinə, eyni zamanda, yeni texnologiyaların mənimsənilməsinə xidmət edir.

Son 15 ildə təsdiqlənən dövlət proqramlarına, imzalanan fərman və sərəncamlara diqqət yetirsək, Azərbaycan gəncliyinin inkişafının prioritetliyi daha aydın şəkildə diqqət çəkir. Belə ki, dövlət başçısı İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın uğurlu icrasının davamı olaraq 2017-ci il 15 sentyabr tarixli Sərəncamla "Azərbaycan gəncliyi 2017- 2021-ci illərdə Dövlət Proqramı” təsdiqləndi. Qəbul olunan və uğurla icra edilən dövlət proqramlarında bütün həllivacib məsələlər öz əksini tapır. Dövlət başçısı İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı da gənclərin inkişafına yönələn addımların davamlılığından xəbər verir.

Dövlət başçısı İlham Əliyevin Gənclər Gününə həsr edilmiş respublika toplantısında "Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar” çağırışına uyğun olaraq təkcə son bir ildə gənclərin təhsilinin inkişafı istiqamətində atılan addımlara diqqət yetirək. 2018-ci il 16 noyabr tarixli "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 2018-ci il 23 noyabr tarixli "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi, cari ildə "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə, "Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamlar, həmçinin "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman gənclərə öz bilik və bacarıqlarını artırmaq üçün geniş imkanlar açacaq.

Dövlətin gənclərə diqqət və qayğısı onların daha səylə çalışmalarında, davamlı uğurlarında stimulverici amildir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, gənclərimiz müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil edir, keçirilən yarışlarda Azərbaycanın bayrağını ən yüksəklərə qaldırırlar. Gənclərimizin reallıqlarımızın təbliğində əhəmiyyətli rolu dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti, gördüyü işlər gənclərimiz üçün örnəkdir. Onun fəaliyyətində tariximizin, mədəniyyətimizin təbliği prioritet istiqamətlərdəndir. Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!” kampaniyası çərçivəsində bütün dünya xalqlarına bəyan edilir ki, ermənilər tərəfindən əsl soyqırımına məruz qalan, torpaqları işğal olunan Azərbaycan xalqıdır.

2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklər sırasında yaş həddinin aradan götürülməsi də gənclərə diqqət və qayğının bariz nümunələrindəndir. Məqsəd dövlət idarəçiliyində gənclərin iştirakını daha da artırmaqdır. Gənclərin bələdiyyələrdə və parlamentdə təmsilçilik faizlərinin artırılması da onların ictimai-siyasi fəallıqlarında əhəmiyyətli rol oynayır.

Sonda bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan günbəgün yeniləşir, müasirləşir, yeni-yeni hədəflərə doğru inamla irəliləyir. Bu hədəflər daim Azərbaycan gəncliyindən yenilikçi olmağı, yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə maraq göstərməyi bir tələb kimi qarşıya qoyur. Dövlət başçısı

İlham Əliyevin Gənclər Gününə həsr olunmuş respublika toplantısında gənclərə bu çağırışını xatırlatmaq istərdik: "Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”.

Səlim RƏHİMZADƏ



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM