Alternative content

21:22 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəncədə “İMAGİNE Avro” tolerantlıq festivalı çərçivəsində silsilə tədbirlər
Gəncədə “İMAGİNE Avro” tolerantlıq festivalı çərçivəsində silsilə tədbirlər
ANA SƏHİFƏ / SİYASƏT
02:12 16.05.2019


Gəncədəki Məshəti Mərkəzində "İMAGİNE Avro” tolerantlıq festivalı çərçivəsində fransız fotoqrafı Nikolas Landemardinin foto sərgisi nümayiş etdirilib.

Bu münasibətlə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqları salamlayaraq belə festivalların keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı və bildirdi ki, tolerantlıq ənənələri Azərbaycanda hələ əsrlər öncə formalaşıb. Söz yox ki, "İMAGİNE Avro” tolerantlıq festivalı da mədəniyyətlərarası dialoqun inkişafına müsbət təsir göstərəcəkdir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi rəhbərinin birinci müavini Denis Daniilidis isə öz çıxışında diqqətə çatdırıb ki, Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar daim sülh və mehribanlıq içərisində yaşayıblar. Bu gün "İMAGİNE Avro” tolerantlıq festivalının Azərbaycanda keçirilməsi dünya xalqlarına bir nümunədir. Bu festival əvvəlkilərdən çox fərqlənir. Onun missiyası mədəniyyətləri görüşdürmək, yeni körpülər qurmaqdır. Tolerant ölkə olan Azərbaycanla bu cür əlaqələrin qurulması isə qürurvericidir.

Sonra sərgiyə baxış olmuşdur. Üç hissədən ibarət olan sərgidə fotoqraf Nikolas Landemardin Fransada yaşayarkən lentə aldığı siyasi liderlərin, teatr iştirakçılarının və Brüssel məhəllələrinin fotoları nümayiş olunub.

Sərgidə diqqətə çatdırılıb ki, birinci hissə "Fransa teatrında qaçqınların çıxışı” adlanır. Fotoqraf teatrda çəkilişlər apararkən həm də ustad dərsləri keçib. Bu teatrın özəlliyi ondan ibarətdir ki, burada səs yoxdur. Onlar fransız dilini bilmədikləri üçün ünsiyyətlərini əl işarələri ilə qurublar.

İkinci hissənin mövzusu "Avropa siyasətçiləri” adlanır. Fotoqraf bu ad altında Avropa Komissiyası və Parlamentindəki siyası liderlərın şəkillərini nümayiş etdirir. Belə ki, fotoqraf Brüsseldə çəkiliş apararkən Avropanın bütün nöqtələrinə toxunub.

Üçüncü hissənin mövzusu isə "Brüsseldə yerləşən Avropa məhəllələri”dir. Belçikalılar bu ərazini batmış məhəllə adlandırırlar. Orada vaxtilə köhnə binalar olub. Ancaq onlar sökülərək yerində zövqsüz müasir binaların tikintisinə başlanılıb. Yerli sakinlər bunu məhəllədə aparılan uğursuz layihə adlandırırlar. Get-gedə böyüyən belə məhəllələrə belçikalılar Brüsselizasiya adını veriblər.

Qeyd edək ki, bir neçə gün davam edən festivalda kinorejissor Andres Lübbertin "El Color del Camaleon” filminin nümayişi, Klaudio Franko və Brazilidade qrupunun konserti, habelə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş konfrans da keçirilmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM