Alternative content

21:25 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın sosial siyasəti Davos Dünya İqtisadi Forumunun təsisçisi və prezidenti Klaus Martin Şvabın qlobal hesabatında
Azərbaycanın sosial siyasəti Davos Dünya İqtisadi Forumunun təsisçisi və prezidenti Klaus Martin Şvabın qlobal hesabatında
ANA SƏHİFƏ / SİYASƏT
02:11 16.05.2019


Müstəqilliyinin bərpasından cəmi 28 il keçməsinə baxmayaraq, Azərbaycan dövlət quruculuğunun bütün sahələrində diqqətəlayiq tərəqqiyə nail olub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü, Heydər Əliyev Fondunun 15 illiyinə həsr olunmuş toplantıda çıxış edən Prezident İlham Əliyev bir daha iqtisadi, sosial və humanitar sahələrdə əldə edilmiş uğurlardan danışaraq vurğulamışdır ki, qazanılan bu uğurların əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda davam edən dərin düşünülmüş innovativ inkişaf strategiyası dayanır.

Ölkədə bütün istiqamətlərdə nailiyyətlərin qazanılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da önəmli rolu var. Mehriban xanımın insan potensialının formalaşdırılması, bu vacib resursun ölkənin davamlı inklüziv inkişafı üçün səfərbər edilməsi istiqamətində fəaliyyəti xüsusi qeyd edilməlidir. Dünyada Azərbaycanın layiqli imicinin formalaşması və beynəlxalq əlaqələrinin genişlənməsində də Heydər Əliyev Fondunun uğurlu fəaliyyətinin əhəmiyyəti böyükdür.

Son illər beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin iqtisadi və sosial həyatının müxtəlif sahələrində qazandığı uğurları xarakterizə edən analitik materiallar daha ardıcıl dərc olunur. Bu, ölkənin müasir qlobal prioritet və dövlətin inkişaf proseslərinin vahid innovativ idarəetmə modeli sayılan inklüziv inkişafın təmin olunması sahəsindəki uğurlara da aiddir. İnklüziv inkişaf bu və ya digər ölkənin hərtərəfli tərəqqisini təmin edən və bu prosesin müsbət nəticələrini hər bir vətəndaşın hiss etdiyi dövlət idarəçiliyi mexanizmi kimi nəzərdən keçirir.

İqtisadi imkanların olması davamlı inklüziv inkişafın vacib şərtidir. Lakin, Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğulandığı kimi, məqsəd iqtisadi göstəricilərin artımı deyil. İqtisadi sahədə uğurlar yalnız əsas məqsədə - insanların rifahının yüksəldilməsi və onların sosial müdafiəsinin təmin edilməsinə nail olmaq üçün vasitədir. Daimi və ardıcıl siyasət, o cümlədən ölkə vətəndaşlarının rifahının yüksəldilməsi üçün görülən tədbirlər bu gerçəkdən xəbər verir. Həmin tədbirlər sırasında minimum əməkhaqqının, təqaüd və müavinətlərin, eləcə də tələbə təqaüdlərinin artırılması, təqaüd almaq hüququna malik olan tələbə kontingentinin genişləndirilməsi və s.-ni göstərmək mümkündür. Bunlardan əlavə, əhalinin problemli kreditləri ilə bağlı mühüm addımlar atılıb, maddi dəstəyə ehtiyacı olanlar müntəzəm birdəfəlik maddi dotasiyalar alırlar. Prezident İlham Əliyevin 2019-cu ilin mayında imzaladığı sərəncama əsasən isə səhhətinə görə xüsusi qayğıya ehtiyacı olanlar dövlət hesabına təhsil almaq hüququ əldə ediblər. Bu faktlar özlüyündə Azərbaycanda davamlı inkişaf edən inklüziv cəmiyyətin formalaşdırılmasının sübutu kimi dəyərləndirilə bilər.

Hazırda dünyada iqtisadi göstəricilərin inklüziv inkişaf səviyyəsi ilə bağlılığının təhlilinə yönəlik araşdırmalar həyata keçirilir. Davos Dünya İqtisadi Forumunun yaradıcısı və prezidenti, professor Klaus Martin Şvabın 2018-ci ildə dərc edilmiş hesabatında dünyanın 140 ölkəsinin rəqabət qabiliyyəti göstəricilərinin təhlili nəticələri və bu parametrin insanların rifahının yüksəldilməsi hesabına ölkənin inklüziv inkişafına təsiri ilə bağlı elmi tədqiqat yer alıb. Professor Şvabın gəldiyi qənaət birmənalıdır: iqtisadi şərait, o cümlədən yüksək rəqabət qabiliyyəti inklüziv inkişaf baxımından zəruri olsa da, yetərli şərt hesab edilə bilməz. Alimin araşdırmasının nəticələri, o cümlədən Azərbaycanda durumun təhlili deməyə əsas verir ki, inklüziv inkişafın yüksək səviyyəsinin təmin edilməsi üçün əhalinin rifah halının yüksəldilməsinə yönəlik daim və müntəzəm reallaşdırılan sosial siyasət zəruri şərtdir. Bu qənaətin təsdiqi kimi hesabatda xüsusi sxem də verilib. Sxemdə göstərilən istiqamətlərdə dünyanın 7 ölkəsi və Azərbaycandakı durum dəyərləndirilib.

Sxem 1

Fərqli rəqabət qabiliyyəti səviyyəsinə malik ölkələrdə sosial siyasətin xarakteri. Mənbə: Professor Klaus Schwab. The Global Competitiveness Report, 2018.

Təqdim olunan bu bilgilər iki ölkələr qrupunda sosial siyasətin durumunu xarakterizə edir: təqribən eyni yüksək rəqabət qabiliyyətinə malik (ABŞ, Almaniya, Danimarka) və rəqabət qabiliyyəti səviyyəsi nisbətən daha aşağı olan (Azərbaycan, Vyetnam, Braziliya və Cənubi Afrika Respublikası) ölkələr. Göründüyü kimi, ABŞ, Almaniya və Danimarkanın iqtisadi göstəriciləri müqayisə edilən digər ölkələrdəkindən əhəmiyyətli dərəcədə yüksək olsa da, sosial siyasət baxımından Azərbaycan onlardan üstün mövqeyə malikdir. Yüksək inkişaf etmiş bu ölkələr sosial siyasət və gəlirlərin əhali arasında ədalətli bölgüsünü xarakterizə edən Cini indeksinə görə Azərbaycandan geridədir. Başqa sözlə desək, Azərbaycan müqayisə edilən ölkələr sırasında ən səmərəli sosial siyasəti ilə seçilir.

Professor Klaus Şvabın təhlilləri Azərbaycanın adları çəkilən ölkələrlə müqayisədə sosial sahənin planlaşdırılması və idarə edilməsinə yönəlik daha səmərəli siyasət gerçəkləşdirməsindən də xəbər verir. Azərbaycanın rəqabət qabiliyyəti indeksi "Böyük iyirmilik” (G 20) və VRİCS üzvü olan Braziliya və Cənubi Afrika Respublikası kimi ölkələrin göstəricilərilə eyni olsa da, sosial göstəriciləri beynəlxalq qurumların rəsmi hesabatlarına görə, göstərilən ölkələrinkindən əhəmiyyətli dərəcədə yüksəkdir (Sxem 2). Cini indekslərinin təhlili deməyə əsas verir ki, Azərbaycanda sosial siyasət və əhali arasında gəlirlərin bölgüsü xarakteri ABŞ, Yaponiya, Fransa, İtaliya, Kanada və dünyanın digər lider dövlətləri və "böyük yeddilik” (G 7) ölkələrindəkindən daha səmərəlidir.

Fərqli rəqabət qabiliyyətinə malik ölkələrdə sosial siyasətin səmərəliliyi.

Mənbə: Professor Klaus Schwab. The Global Competitiveness Report, 2018.

Sxem 2

Qeyd etmək lazımdır ki, Azərbaycanın davamlı inklüziv inkişaf cəmiyyəti qurmaq naminə resurslardan səmərəli istifadə sahəsində uğurları professor Klaus Şvabın rəhbərliyi altında 2018-ci ildə Dünya İqtisadi Forumu üçün hazırlanan digər bir hesabatda da işıqlandırılıb. Həmin hesabat dünya ölkələrində inklüziv inkişaf durumu və bu prosesin davamlılığına həsr olunub. Hazırda ölkələrin hərtərəfli tərəqqisini və vətəndaşların rifahının yüksəlməsini təmin edən inklüziv inkişaf dünyanın başlıca prioriteti kimi qəbul olunur. Hesabatda dünyanın 107 ölkəsinin inklüziv inkişaf indeksləri təqdim edilməklə yanaşı, fərqli ölkələrin inklüziv inkişaf edən cəmiyyət qurmaq naminə maliyyə və insan resurslarından hansı səmərəliliklə istifadə etdiyi də təhlil olunub. Sxem 3-də həmin hesabatdan bilgilər təqdim edilib.

Sxem 3

Sosial proqramların reallaşdırılması və inklüziv inkişaf cəmiyyətinin formalaşdırılması üçün öz iqtisadi imkanlarından fərqli səmərəliliklə istifadə edən ölkələr. Mənbə: The Inclusive Development Index 2018, World Economic Forum, Davos, 2018.

Təqdim olunan bu bilgilər bir daha təsdiqləyir ki, dünya ölkələri öz iqtisadi imkanlarından inklüziv inkişaf edən cəmiyyətin qurulması naminə müxtəlif səmərəliliklə faydalanır. Davamlı inklüziv inkişafın təmin olunması məqsədilə resurslardan istifadə səmərəliliyinin təhlili ölkələrin iqtisadi inkişaf səviyyəsinə (adambaşına düşən ÜDM-ə görə reytinq) və inklüziv inkişaf durumuna görə (İnklüziv İnkişaf İndeksinə görə reytinq) göstəricilərinin müqayisəsi əsasında aparılıb. Birinci, ən aşağı seqmentdə inklüziv inkişaf edən cəmiyyətin qurulmasına yönəlik fəaliyyətlərini öz iqtisadi imkanları çərçivəsində gerçəkləşdirən ölkələr yer alıb. Dünya reytinqində bu ölkələr həm adambaşına ÜDM-in səviyyəsi, həm də inklüziv inkişaf indeksinə görə eyni pillədədirlər. Məsələn, yüksək iqtisadi inkişaf səviyyəsinə malik ölkələr arasında Fransa adambaşına düşən gəlirlərə görə 18-ci yeri tutur. İnklüziv inkişaf indeksinə görə də sözügedən ölkə 18-cidir. Bu baxımdan Fransa sıfır qrupundadır. İsveç, Danimarka, Litva və s. kimi ölkələr də eyni durumdadırlar.

Sxem 3-də növbəti seqmentlərdə inklüziv inkişaf sahəsində nailiyyətləri iqtisadi imkanlarından yüksək olan ölkələr barədə bilgi də təqdim edilib. Həmin ölkələr öz növbəsində 5 qrupa bölünüb. Birinci qrupda inklüziv inkişaf reytinqləri adambaşına gəlir səviyyəsini 1-5 pillə geridə qoyan ölkələr yer alıb. Bu qrupa Almaniya, Norveç, Finlandiya, Belçika kimi ölkələr daxildir. Bəzi ölkələr inklüziv inkişaf göstəricilərinə görə adambaşına ÜDM reytinqlərindən 6-10 pillə irəlidədirlər. Dünya İqtisadi Forumunun prezidenti Klaus Şvabın rəhbərliyi altında hazırlanan hesabatda bu qrupa Sloveniya, Yeni Zelandiya, Koreya, İslandiya və s. aid edilib. Çexiya iqtisadi resursların səmərəli istifadə edilməsində daha yüksək nəticələr qazanıb. Onun inklüziv inkişaf reytinqi iqtisadi imkanlar reytinqini 13 pillə geridə qoyur.

Dünya İqtisadi Forumunun 2018-ci il üçün hesabatına əsasən, inklüziv inkişaf naminə iqtisadi resurslardan səmərəli istifadə üzrə dünya rekorduna Azərbaycan imza atıb. Azərbaycanın inklüziv inkişaf səviyyəsinə görə reytinqi ölkənin iqtisadi imkanlarından 23 pillə üstündür. Bu özəllik belə bir faktı şərtləndirib ki, inklüziv inkişaf məqsədilə iqtisadi və insan resurslarının optimal idarə edilməsi üzrə Azərbaycan Respublikasının təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında təhlil predmetinə çevrilib. Professor Klaus Şvab bu sənəddə ölkələrin rəqabət qabiliyyətləri ilə onların davamlı inklüziv inkişaf cəmiyyətinin formalaşdırılması sahəsində nailiyyətləri arasında asılılığı nəzərdən keçirərək belə qənaətə gəlib ki, müqayisə olunan ölkələr arasında yalnız Azərbaycanda sosial inkişaf göstəriciləri və əhali arasında gəlirlərin bölünməsi xarakteri iqtisadi göstəricilər səviyyəsindən əhəmiyyətli dərəcədə üstündür.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanda qazanılan bu uğurlar Prezident İlham Əliyev tərəfindən işlənmiş innovativ, sinergetik, komplimentar və kompensasion texnologiyalar kompleksinin tətbiqinin nəticəsidir. Həmin texnologiyalar ölkənin hərtərəfli inkişafı və əhalinin rifahının yüksəlməsi üçün iqtisadi imkanlardan səmərəli istifadəni təmin etmişdir. Bu innovativ təcrübənin Dünya İqtisadi Forumunun hesabatında xüsusi təhlil predmetinə çevrilməsi isə onun qlobal əhəmiyyətindən xəbər verir.

Urxan ƏLƏKBƏROV,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM