Alternative content

21:19 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanın ən keyfiyyətli və ekoərzağı ilə qidalanan yaponlar Azərbaycan balına üstünlük verirlər
Dünyanın ən keyfiyyətli və ekoərzağı ilə qidalanan yaponlar Azərbaycan balına üstünlük verirlər
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:09 16.05.2019


Azərbaycanda arıçılığın tarixi qədimdir. Üstəlik, qədimlərdən bizdə olan arı növlərinin istehsal etdiyi bal keyfiyyətinə görə fərqlənib. Buna görə də ötən əsrin əvvəllərində Azərbaycanın arı növləri Amerikaya aparılıb. Məlumat üçün bildirək ki, hazırda ABŞ dünyada bal istehsalına görə liderdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə dirçəldilən ənənəvi sahələrdən biri də arıçılıqdır. Dövlət başçısı bu məqsədlə 2018-ci il martın 5-də "Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” sərəncam imzalamışdır. Nazirlər Kabineti həmin sərəncama uyğun olaraq, "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nı təsdiq etmişdir. Bu sənədə əsasən, arıçılar hər il saxladıqları arı ailəsinə görə 10 manat subsidiya alır. Qeyd edək ki, bu qərar beş il qüvvədədir.

Arıçılığın dövlət tərəfindən stimullaşdırılması onun inkişafında yeni bir dönəmin başlanmasına imkan vermişdir. Belə ki, bölgələrdə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin sayı artmış, əvvəllər məşğul olanların təsərrüfatları genişlənmişdir.

Dövlətin dəstəyi sayəsində, o cümlədən verilən güzəştli kreditlər hesabına arı ailələrinin sayını artırmaqla yanaşı, məhsuldarlığın yüksəldilməsinə də nail olunur. Arıçılıq üzrə damazlıq təsərrüfatlarının və tədarük məntəqələrinin yaradılması, habelə bal satışı yarmarkalarının mütəmadi keçirilməsi, məhsulların qablaşdırılması və satışa çıxarılması arıçılara geniş imkanlar açır.

Dövlət Statistika Komitəsi tərəfindən aparılan statistik müşahidələrin nəticələrinə görə, 2018-ci ildə ölkə üzrə 30474 təsərrüfatda mövcud olan 501 min arı ailəsindən 4993,9 ton bal, 98,6 ton mum, 9,9 ton vərəmum, 7,7 ton güləm və 400,8 kiloqram arı südü əldə edilmişdir. Həmin dövrdə balın hər kiloqramının orta satış qiyməti 20,6, mumun 14,2, vərəmumun 118,4, güləmin 71,1, arı südünün 1 qramının orta satış qiyməti 4,6 manat olmuşdur.

Bal istehsalının artması, keyfiyyətin yüksəlməsi onun ixrac imkanlarını da genişləndirir. Təkcə ötən il 71,5 min dollar dəyərində 8,3 ton və ya 2017-ci illə müqayisədə 1,8 ton bal ixrac edilmişdir. Qeyd edək ki, ixrac olunan balın 96,4 faizi Yaponiya tərəfindən alınıb.

Dünyada arıçılığın inkişafında yeni texnika və texnologiyalar tətbiq edilərək yüksək məhsuldarlığa nail olmaq üçün çox iş görülür. Bu əvəzsiz qidanın kəmiyyət və keyfiyyətini artırmaq məqsədilə elmi araşdırmalar aparılır, arı ailələrini çoxaltmaq üçün yeni üsullardan istifadə edilir. Azərbaycanda isə uzun illər bu sahədə heç bir müasir texnika və texnologiyalar, elmin son nailiyyətləri tətbiq olunmamışdır. Necə deyərlər, arıçılıq dədə-baba yolu ilə inkişaf etmişdir. Buna görə də yüksək məhsuldarlıqdan söhbət gedə bilməzdi.

İndi isə ölkəmiz dünyanın qabaqcıl təcrübəsini öyrənir, yeni texnika və texnologiyalardan istifadə edir. Arıçılıq sahəsində məhsuldarlığın artırılması layihəsi həm iqtisadi, həm də sosial xarakter daşıyır. Layihənin məqsədi ölkəmizdə Qafqaz bal arılarının məhsuldarlığının artırılması ilə kənd əhalisinin yaşayış səviyyəsini yaxşılaşdırmaqdır. Dəyəri 200 min dollar olan layihə çərçivəsində türkiyəli mütəxəssislər yerli arıçılara onların müvafiq biliklərinin artırılması, ana arıların seçilməsi, istehsalı və marketinq üzrə təlimlər keçirlər. Eyni zamanda, arıçılıqda son dövrlər qazanılan elmi nəticələrlə, texnika və texnologiya ilə yerli arıçıları maarifləndirməklə onların peşəkarlığını artırırlar.

Qeyd etdiyimiz kimi, hazırda ABŞ dünyada bal istehsalına görə liderdir. Bu ölkə ilə Rusiya, Çin, Türkiyə ciddi rəqabət aparır. Bal istehsalına belə böyük əhəmiyyət verilməsi təsadüfi deyil. Aparılan elmi araşdırmalar göstərir ki, bal insan üçün ən xeyirli qida növüdür. Sözsüz ki, belə məhsulun dünyada müştərisi həmişə olur. Digər tərəfdən, bal istehsalı az xərc və zəhmət tələb edən sahədir, gəliri isə yüksəkdir. Ölkəmizdə arıçılığın bugünkü inkişafı gələcəkdə daxili tələbatı ödəməklə dünya bazarına daha çox məhsul çıxarmağa imkan verəcək. Açıqladığımız statistik rəqəmlər də bundan xəbər verir.

Rüstəm KAMAL,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM