Alternative content

21:21 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zəmilər bol taxıldan xəbər verir
Zəmilər bol taxıldan xəbər verir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:07 16.05.2019


Yaz başlayandan təbiətdə baş verən canlanma şimal bölgəsinin əsas iqtisadi rayonlarından olan Şabranda da hiss olunur. Yaşıllıqlara qərq olan çöllər üzə gülür, hər yerdə həyat, iş qaynayır. Kəndlər qış yuxusundan oyanır, kəndlilər gələcək ruzilərinin təməlini qoyurlar.

Şabranda bu il 8480 hektarda əkin aparılıb. Son günlərin yağışlı keçməsi bu il taxılın bol olacağından soraq verir. Kənd Təsərrüfatı Nazirliyinin rayon şöbəsinin rəisi Fəxrəddin Osmanov deyir ki, buğdanın boy artımı normaldır.

Cari mövsümdə rayon üzrə 4981 hektarda arpa da əkilib. Hazırda sahələrdə alaq otları təmizlənir. Ağalıq və Çölquşçu kəndlərində Yasin Ələsgərov, Rafiq Muradov və Vahid Əsədovun təsərrüfatlarında vəziyyət yaxşıdır. Ötən il də onlar məhsul istehsalında fərqlənmişlər.

F.Osmanov onu da bildirdi ki, rayonda taxıl sahələrinə nəzarət xüsusi proqram əsasında aparılır. Sahibkarların problemləri operativ həll edilir. Onlar lazımi qədər gübrə, texnika ilə tam təmin olunublar.

Bir azdan yaşıl zəmilər saralaraq dənə gələcək. Çünki sinoptiklər qarşıda isti günlərin olacağını bildirirlər. Bu da əkinçilərin zəhmətinin hədər getməyəcəyindən xəbər verir.

Akif ƏLİYEV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM