Alternative content

21:59 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qonaqkəndə gediş-gəliş asanlaşacaq
Qonaqkəndə gediş-gəliş asanlaşacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:07 16.05.2019


Qonaqkənd Qubanın səfalı guşələrindən, təbii gözəllikləri ilə seçilən ərazilərindəndir. 1958-ci ilədək Qonaqkənd rayon mərkəzi olub. Həmin vaxtadək burada dövlət strukturları, idarəetmə orqanları ilə yanaşı, istehsal müəssisələri də fəaliyyət göstərirdi. Xalçaçılıq müəssisəsində toxunan xalçalar keçmiş sovet birliyinin ucqarlarında belə məşhur idi.

Ərazidə kənd təsərrüfatı da inkişaf etmişdi. Sovxoz və kolxozlarda 50 min başdan çox davar, 20 min başdan çox mal-qara bəslənirdi. Torpağı münbit olduğundan məhsuldarlıqda yaxşı idi. Hər il min tonlarla kartof, taxıl, ət, yun, süd istehsal edilirdi. Qonaqkənd o vaxtlar kinematoqrafiyaçıların da diqqətini cəlb etmiş, bir çox filmlərin təbiət mənzərələrini burada lentə almışdılar.

Qonaqkəndin rayon statusu ləğv ediləndən sonra əhali yavaş-yavaş seyrəlməyə başladı. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra, xüsusən son 15-20 ildə Qonaqkəndə də münasibət dəyişdi. Qəsəbənin şöhrətini qaytarmaq üçün mühüm tədbirlər görüldü. Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı sərəncama əsasən, Quba-Qonaqkənd yolunda əsaslı tikinti işlərinə start verildi. Kunxırt kəndində yeni yol istismarı idarəsi fəaliyyətə başladı. İdarənin köməyi ilə 46 kilometrlik yol yenidən quruldu.

Ötən ilin oktyabrında Qubaya səfəri zamanı Prezident İlham Əliyev rayonun yol infrastrukturunun inkişaf etdirilməsini vacib məsələ kimi qarşıya qoydu. 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılması haqqında sərəncam verdi.

Artıq Quba-Qonaqkənd avtomobil yolunun tikintisində xeyli iş görülüb. Xırt kəndinədək olan ərazidə 3 körpü tikilərək istismara verilib, yol yatağı genişləndirilib, hərəkət hissəsi 7 metr olan 2 zolaqlı yol salınıb, kommunikasiya xətləri yenilənərək su keçidləri bərpa olunub. İndiyədək 40 kilometr yol asfaltlanıb.

Hazırda Cimi çayı üzərində 5 aşırımlı, ümumi uzunluğu 102 metr olan körpü salınır. Baba çayı üzərində salınan körpüdə isə iş yekunlaşmaq üzrədir. Yazın gəlişi ilə tikinti işləri bir qədər də sürətlənib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM