16 May 2019 02:06
550
İQTİSADİYYAT
A- A+

Çiyid səpini başa çatıb


Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər çiyid səpinini başa çatdırıblar.

Cari mövsümdə rayonda 3427 hektarda çiyid səpini həyata keçirilib. Rayonda fəaliyyət göstərən "MKT İstehsalat Kommersiya” MMC, "Azərpambıq” MMC və "P-Aqro” MMC ilə müqavilə bağlayan fermerlər texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər.

Səpin optimal müddətdə aparıldığı üçün artıq 3500 hektaradək sahədə yaxşı bitiş alınıb. Tərtərli pambıqçılar hazırda kultivasiya işlərini görürlər.

Qeyd edək ki, 2017-ci ildə 3123 hektar sahədən 8419,9 ton məhsul tədarük edərək orta məhsuldarlığa görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan Tərtər pambıqçıları ötən il də yüksək nəticəyə nail olublar. 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük edilib. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 24,8 sentner olub. 2014-2018-ci illərdə Tərtər rayonunda pambığın əkin sahəsi 3,6 dəfə, məhsul istehsalı 4,1 dəfə, hər hektardan məhsuldarlıq 13,2 faiz artıb.

* * *

Saatlıda çiyid səpini başa çatıb. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox 34 min 439 ton xam pambıq istehsal edən saatlının "ağ qızıl” ustaları cari ildə də yüksək əhvali-ruhiyyə ilə çalışırlar.

Bu mövsüm Saatlıda 13 min 734 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 2 min 475 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, sahələrə üzvi gübrələr verilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. Səpin aparılan sahələrin 4 min 684,7 hektarı "MKT” MMC-yə, 3 min 300 hektarı "AZƏR PAMBIQ” MMC-yə, 4 min 500 hektarı "Aqro AZ” MMC-yə, 1250 hektarı isə "P-Aqro”ya məxsusdur.

Rayonun Azada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə fəaliyyət göstərən fermerlər ötən il olduğu kimi, bu ildə pambıq səpinində fərqləniblər. Onlar min hektardan çox sahədə pambıq əkərək səpini rayonda birinci başa çatdırıblar.

Qeyd edək ki, bu il Saatlıda 26 min tondan çox pambıq istehsalı nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video