Alternative content

22:20 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sudan korluq olmayacaq
Sudan korluq olmayacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:05 16.05.2019


Böyük iqtisadi potensiala, geniş imkanlara malik Ağcabədi rayonunda ənənəvi sahələr olan pambıqçılığın, baramaçılığın inkişafına böyük önəm verilir. Odur ki, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində istehsal ildən-ilə artır. Başqa sözlə, dövlətin davamlı qayğısından bəhrələnən rayon sakinləri pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq sahəsində yaxşı nailiyyətlər qazanırlar. Keçən il rayonumuzun "sarı kəhrəba” ustaları orta hesabla hər hektarın məhsuldarlığını 46,6 sentnerə çatdıraraq 107 min ton taxıl istehsal etmişlər.

Bu, Ağcabədi rayonunun tarixində rekord nəticədir.

Pambıqçılar isə keçən il 10 min hektar sahədə pambıq əkib-becərmiş, aqrotexniki tələblərə ciddi əməl etmiş və sudan korluq çəkməmişlər. Nəticədə, tədarük məntəqələrinə 23,3 min ton "ağ qızıl” təhvil verilmişdir. İstər taxılçılıqda, istərsə də pambıqçılıqda qazanılan uğurlarda meliorasiya işçilərinin də əməyi az olmamışdır.

Hazırda təsərrüfatlarda yaz-tarla işlərinin qızğın çağıdır. Rayon suvarma sistemləri idarəsinin kollektivi təsərrüfatların suvarma suyuna olan tələbatını lazımi səviyyədə ödəmək üçün zəruri tədbirləri görmüş, Salmanbəyli-9, Rəncbərlər, Şəfəq-1, Hindarx, Sarıcalı nasos stansiyalarında bir çox avadanlıq təzələnmiş, kanallar lildən təmizlənərək torpaq mülkiyyətçilərinin istifadəsinə verilmişdir. İdarənin balansındakı 52 nasos stansiyası müxtəlif ərazilərdə əkin sahələrini su ilə təmin edir.

Hazırda çiyid səpininin qızğın çağıdır. Normal bitiş almaq üçün torpaqda nəmliyin olması vacib şərtdir. Bunu nəzərə alaraq pambıq əkiləcək sahələrin əksər hissəsi qış aylarında, qalanı səpin ərəfəsində arat edilmişdir. Bu işdə melioratorlarımız torpaq istifadəçilərinə yaxından kömək etmişlər. Pambıq əkiləcək 10,500 hektara yaxın sahənin suya olan tələbatını da ödəmək üçün lazımi tədbirlər görülmüşdür.

Malik MİRZƏYEV,

Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsinin rəisi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM