Alternative content

22:26 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məhsul da var, alıcı da
Məhsul da var, alıcı da
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:04 16.05.2019


Avropalı mütəxəssislər Azərbaycan tütününə maraq göstərir


Ölkənin şimal-qərb rayonlarında ənənəvi sahələrdən olan meyvəçilik və baramaçılıqla yanaşı, tütünçülük də inkişaf etdirilir. "Azərtütün ASK” MMC-nin direktoru Cavid Ağamalıyevlə də söhbətimiz bu barədə oldu. Dedi ki, cari ildə 1853 hektar sahədə "Virciniya”, 71 hektarda "Berley” tütün sortlarını əkməyi planlaşdırmışıq. Bunun 720 hektarı Şəki, 468 hektarı Qax, 456 hektarı Zaqatala, 280 hektarı Balakən rayonlarında əkiləcək.

Artıq şitillərin sahələrə köçürülməsinə başlanılıb. Şitillər istixanalarda yetişdirilib. Əkini 1 ay müddətinə başa çatdırmaq nəzərdə tutulub.

Müsahibim daha sonra qeyd etdi ki, bu il MMC tütünçülüklə məşğul olan 229 fermerlə müqavilə bağlayıb. 1 hektar əkin sahəsi üçün onlara 1700 manat kredit veriləcək. Bu məbləğin 40 faizi qabaqcadan ödənilib. Qalan hissəsini becərmə və dərim dövründə alacaqlar.

Şitil sahələrə həm texnika, həm də əllə köçürülür. İlkin mərhələdə bu prosesə təxminən 400 nəfər cəlb olunub. Onların sayı getdikcə daha da çoxalacaq. Müəssisədə çalışan aqronomların sayı da artırılaraq 4 nəfərdən 10 nəfərə çatdırılıb. Bundan başqa, müəssisə təcrübə-sınaq işlərinin aparılması üçün Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə müqavilə bağlayıb.

Cari ildə ilk dəfə Qax rayonunun Almalı kəndində mineral gübrələrlə zənginləşdirilmiş 3 hektar ərazidə ekoloji təmiz tütün yetişdirilməsinə başlanacaq. Yeniliklərdən biri də odur ki, regionda "Virciniya”nın 5 növünün sınağı aparılacaq. Bunlar Amerika, Braziliya, Avstriya sortlarıdır. Məqsəd hansının daha çox məhsuldar olmasını müəyyənləşdirməkdir.

"Azərtütün ASK” MMC ilk dəfə 51 hektarda sınaq əkinləri də aparacaq. Həmin sahələr əlaqəli fəaliyyət göstərən bütün rayonları əhatə edir. Azərbaycan Sənaye Korporasiyasının dəvəti ilə gələn serbiyalı mütəxəssis öz təcrübələrini tətbiq edəcək, gübrə və dərmanlar yeniləri ilə əvəzlənəcək.

Tütün əkininə yeni başlanmasına baxmayaraq, yarpaq dəriminə də indidən hazırlıq görülür. Qurutma kameralarının sayı artırılaraq 232-dən 262-yə çatdırılacaq. Həmin kameralarda mövsüm ərzində 27 min ton yaş tütün qurutmaq mümkündür. Hazırda keçən il istehsal olunmuş quru tütünün satışı davam edir. Satışın təxminən 10-15 faizi daxili bazara, qalanı Gürcüstan, Rusiya və Belarusa da aparılır. Gürcüstan bazarının tələbatı daha böyükdür. Bir sıra Avropa ölkələrinə də tütün nümunələri göndərilib. Serbiya, Polşa, Macarıstan və İtaliyada Azərbaycan tütününə maraq daha çox olub.

Tütün emalı zavodunda doğrama xəttini istifadəyə vermək, anbar, inzibati bina tikmək və zavodu əsaslı təmir etmək cari ilin planlarına daxildir.

Keçən il "Azərtütün ASK” MMC Beynəlxalq Tütünçülər Assosiasiyasının (ITGA) bərabərhüquqlu üzvlüyünə qəbul edilib. Bu il ITGA-nın Direktorlar Şurasının illik konfransının da Bakıda keçirilməsi gözlənilir. Oktyabr ayında keçiriləcək konfransa 30 ölkədən nümayəndələr gələcək.

Cari ilin aprel ayında "Azərtütün ASK” MMC Dubayda keçirilən Beynəlxalq Tütün Sərgisində məhsullarını nümayiş etdirib. Sərgidə Azərbaycanda yetişdirilən tütün növləri xarici ölkə təmsilçilərinin bir çoxunun böyük marağına səbəb olub.

Əli SƏLİMOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM