Alternative content

22:24 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşsizin “DOST”u
İşsizin “DOST”u
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:03 16.05.2019


Gənclərlə bağlı aktiv məşğulluq tədbirləri ildən-ilə genişlənir


Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri gənclərin iqtisadi inkişaf proseslərində fəal iştirakına şərait yaradılması, onların səmərəli məşğulluğunun təminatıdır. Bu siyasətə uyğun olaraq ölkə əhalisinin 25 faizini təşkil edən gənclərin məşğulluğunun təminatına xidmət edən aktiv məşğulluq tədbirlərinin miqyası ildən-ilə genişlənir.

Ölkəmizdə bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin müsbət nəticəsi kimi, bu gün Azərbaycan dünya ölkələri sırasında gənclər arasında işsizlik səviyyəsinin aşağı olduğu ölkələrdən biridir.

Son illər respublikada gənclərin məşğulluğunun inkişafı ilə bağlı görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdən yeganə dövlətdir ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən gənclərin məşğulluq problemlərinin həllində dünyada 10 lider ölkə sırasına daxil edilmişdir.

Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında "Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində Azərbaycan gənclərinin səmərəli məşğulluğunun təmin olunması ilə bağlı dolğun hüquqi baza, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan ölkələr sırasına daxil edilib. Ötən dövrdə Azərbaycan gənclərin məşğulluq probleminin həlli ilə bağlı BƏT-in müvafiq Konvensiyalarına, qətnamələrinə də qoşulub.


Təhsildən işə


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin məşğulluğunun təminatı sahəsində tədbirlərin davamı olaraq, ötən il 14698 nəfər gənc münasib işlə təmin olunub, 1275 nəfər gənc işəgötürənlərin real tələbləri əsasında peşə hazırlığına, 319 nəfər gənc haqqı ödənilən ictimai işlərə cəlb edilib. 2019-cu ilin birinci rübündə isə Dövlət Məşğulluq Xidməti 7336 gənci münasib işlə təmin edib, "İşsizin DOST”u proqramı çərçivəsində isə 4761 gənc əmək müqaviləsi əsasında haqqı ödənilən işlərə cəlb olunub. Yanvar-mart aylarında 100 nəfər gənc üçün peşə hazırlığı kursları təşkil edilib.

2016-cı ildən Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə icrasına başlanılmış özünüməşğulluq proqramı əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsinə, kiçik biznes təsərrüfatlarının yaradılmasına yönəldilən ən vacib aktiv əmək bazarı proqramlarından biridir. Proqramda gənclərin də fəal iştirakına geniş şərait yaradılıb. Ötən il özünüməşğulluq proqramına 7267 nəfər işsiz və işaxtaran şəxs cəlb edilib ki, onlardan 1174 nəfəri gənclər olub. Onlara aktivlər (mal və materiallar) verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb. Cari ilin ötən dövründə isə artıq 1600-dən çox şəxs, o cümlədən 70-dək gənc bu proqrama cəlb olunub və il ərzində işsiz və işaxataran şəxslərin proqramda iştirakı davam etdiriləcək.

Dövlət Məşğulluq Xidmətinin bir istiqaməti də gənclərin malik olduqları bacarıqlara və əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi üçün peşəyönümü tədbirlərinin təşkilidir. Belə tədbirlər zamanı rayon (şəhər) məşğulluq mərkəzlərinə müraciət edən işaxtaran gənclərə, habelə ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinə əmək bazarının mövcud vəziyyəti, ən çox tələb olunan peşə və ixtisaslar barədə məlumatlar, peşənin seçimi ilə bağlı məsləhət və tövsiyələr verilir. 2018-ci il ərzində 118138 nəfər, cari ilin 3 ayı ərzində 32,8 min nəfər peşəyönümü məsləhətlərinə cəlb olunub ki, onlardan böyük əksəriyyətini gənclər təşkil edib.


Karyerada ilk addım


Peşəyönümü tədbirləri ilə yanaşı, məzun və tələbələrin işlə təmin olunmasına kömək göstərilməsi, eləcə də onların əmək bazarına səmərəli inteqrasiyası məqsədilə ali təhsil müəssisələrində "Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirilir. Ötən il Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində və Lənkəran rayonunda 8 ali təhsil ocağında, bu ilin ötən dövründə isə Bakıdakı iki ali təhsil ocağında bu tədbirlər keçirilib, iştirakçılara seçdikləri vakansiyalar üzrə göndərişlər verilib, məzun və tələbələrin şəxsi məlumatları müəssisələr tərəfindən qəbul olunub. Həmin tədbirlərdə başlıca məqsəd tələbə və məzunların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasıdır ki, bu da onların əmək bazarına inteqrasiyasında vacib amildir. Eyni zamanda, Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə İqtisad Universitetində "Karyeranı qur” təlimləri təşkil edilib. Bu təlimlər məzunların təhsildən-işə keçid imkanlarının asanlaşdırılması, onlara işəgötürənlərə özlərini təqdimetmə bacarıqlarının formalaşdırılması məqsədinə xidmət edib.

BMT-nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə təşkil olunan SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) təlim mərkəzləri gənclərin əmək bazarına inteqrasiyasında önəmli rol oynayır. Layihə çərçivəsində ötən dövrdə müvafiq müddətlərdə Bakı, Sumqayıt şəhərlərində, Masallı rayonunda belə mərkəzlər fəaliyyət göstərib. Son illərdə isə Gəncə şəhərində SYSLAB təlim mərkəzi yaradılıb və hazırda fəaliyyətini davam etdirir. Zaqatalada da belə bir mərkəz yaradılır. Mərkəzlərdə gənclərə işəgötürənlə ilkin əlaqələrin qurulması, işəgötürənə öz bilik və qabiliyyətini təqdimetmə, işə qəbul üçün müsahibəyə hazırlaşma, sahibkarlıq, sistemli biznes, ofis işi və s. istiqamətlər üzrə müasir bilik və bacarıqlar öyrədilib. İndiyədək SYSLAB təlim mərkəzlərinə 800-ə qədər gənc cəlb edilib ki, onların əksəriyyəti təlimlər zamanı yiyələndikləri bilik və bacarıqlar hesabına ayrı-ayrı müəssisələrdə işlə təmin olunublar.


Həssas qrupların məşğulluğu


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi belə gənclərin (15-29 yaşlı) peşə reabilitasiyasının təşkili, onların əmək bazarına çıxışının asanlaşdırılması və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə yaradılıb. Mərkəzdə ölkəmizin bütün bölgələrindən sağlamlıq imkanları məhdud gənclərin kompüter istifadəçisi, kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma və s. peşələr üzrə hazırlığı təşkil edilir. Kursları bitirdikdən sonra isə onlara peşə şəhadətnamələri təqdim edilir. Peşə təlimi müddətində gənclərin dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı da həyata keçirilir. Mərkəzdə peşə hazırlığı kurslarında olan sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə fəal inteqrasiyasının dəstəklənməsi üçün digər istiqamətlərdə də mühüm tədbirlər görülür. Bugünə qədər Peşə Reabilitasiya Mərkəzində 1700-dək sağlamlıq imkanları məhdud gənc peşə hazırlığına cəlb edilib və hazırda burada 100-dən çox gənc peşə təlimindədir.


Rəqabətədavamlı peşə-ixtisas seçimi


Cari ilin aprel ayında Dövlət Məşğulluq Xidməti və Gənclər Fondunun birgə icrasına başladığı "Gənclərin Məşğulluğu Proqramı” da gənclərin əmək bazarına daxil olmasının fəal şəkildə dəstəklənməsi məqsədinə xidmət edir. Yaşı 18-29 olan, orta ixtisas təhsil müəssisələri və ya ali təhsil müəssisələrini bitirən və hazırda heç bir yerdə çalışmayan şəxslər "Gənclərin Məşğulluğu Proqramı”nda iştirak etmək üçün elektron formada qeydiyyatdan keçirlər. Müraciəti müsbət cavablandırılan gənclər işə cəlb olunacaq və onların əməkhaqlarının 50 faizə qədəri 12 ay müddətinədək Gənclər Fondu tərəfindən subsidiya formasında ödəniləcək. Proqramın həyata keçirilməsi gənclərin uğurlu karyera planlaşdırılmasına, xüsusilə də regionlarda əlavə iş yerlərinin yaradılmasına, gənclərin ilk peşə təcrübəsini əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə verəcəkdir.

Gənclərin təhsildən əmək bazarına inteqrasiyasının gücləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın hədəfləri sırasındadır.

Bu məqsədlə sənəddə bir sıra fəaliyyət istiqamətləri əksini tapır. Onlardan biri də karyera (peşə) - məsləhət və karyera - planlaşdırma xidmətlərinin təkmilləşdirilməsi, o cümlədən rəqəmsal texnologiyalardan geniş istifadəyə keçidin təmin edilməsi və mərkəzləşdirilmiş karyera portalının yaradılmasıdır. Portal ali və orta ixtisas təhsil müəssisələrini bitirən gənclərlə bağlı məlumatları əhatə etməklə, işəgötürənlərin bu məlumatlara real vaxt rejimində çıxışına imkan yaradacaq.

Portalda əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə dolğun və real məlumatlar toplanmaqla, yeni peşə və ixtisas qazanmış gənclərin bu məlumatlarla, eləcə də peşə və ixtisaslarla bağlı işəgötürənlərin tələbləri ilə tanışlığına şərait yaradacaq. Digər tərəfdən, əmək bazarına daxil olmağa hazırlaşan gənclər portal vasitəsilə rəqabətədavamlı peşə və ixtisaslar barədə məlumatlar əldə edəcəklər ki, bu da onların gələcək karyeralarını qurmaları üçün düzgün peşə-ixtisas seçiminə dəstək verəcək.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM