Alternative content

17:56 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Böyük rəğbət hissi ilə...
Böyük rəğbət hissi ilə...
ANA SƏHİFƏ / SİYASƏT
02:00 16.05.2019


Gənclərin öz bilik və bacarıqlarının, potensialının reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlərin sayı sistemli şəkildə artmaqdadır. Onların hərtərəfli inkişafı isə ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır.

Ümummilli lider Heydər Əliyev müsahibələrinin birində demişdir: "Gənclər siyasətinin formalaşmasının birinci mərhələsi çox çətin idi. Üstəlik, dövlətin gənclərlə ciddi surətdə məşğul olması üçün vəsait də yox idi. Azərbaycanda iqtisadi hərc-mərclik və dağıntı hökm sürürdü. Gənclər, necə deyərlər, yada düşmürdü. Lakin, təxminən 1995-ci ildən Azərbaycanın iqtisadi və sosial həyatında sabitləşmənin başlandığı vaxtdan bu məsələyə böyük əhəmiyyət verilir...”

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü.

1996-cı il fevralın 2-də Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunun keçirilməsi ölkə həyatında müstəsna əhəmiyyətə malik bir hadisə oldu. Respublika Prezidentinin imzaladığı sərəncamla 1997-ci il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. 1999-cu il mart ayının 2-3-də gənclərin ikinci forumu keçirildi.

Son illər ölkəmizdə tələbə-gənclərin sosial qayğılarına xüsusi diqqət yetirilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən tələbə təqaüdləri artırılır, məcburi köçkün ailələrindən olan gənclərə güzəştlər edilir, təhsil aldığımız elm ocaqlarında maddi-texniki baza yaxşılaşdırılır və s.

Azərbaycan Prezidenti İlham Əliyevin 3 may 2019-cu ildə imzaladığı daha bir sərəncam isə I və II dərəcəli əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların təhsil almaq imkanlarını genişləndirmək məqsədi daşıyır. Həmin sərəncamla ölkəmizin ali təhsil ocaqlarında (bakalavar və magistratura pilləli), Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində, eləcə də orta ixtisas məktəblərində ödənişli oxuyan I və II dərəcə əlilliyi olan gənclərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların təhsil haqqının bu ildən etibarən dövlət büdcəsi hesabına ödənilməsi Azərbaycan vətəndaşlarının sevincinə səbəb olub.

Əlbəttə, məcburi köçkün ailəsindən olan tələbə kimi belə humanist addıma və son illər gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Biz tələbə-gənclər də bu qayğıya cavab olaraq çalışacağıq ki, yaxşı oxumağımızla gənclərə göstərilən etimadı yüksək səviyyədə doğruldaq.

Cəmilə NƏCƏFZADƏ,

BDU-nun Hüquq fakültəsinin I kurs tələbəsi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM