Alternative content

17:57 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Parlamentinə təcrübə səfəri ilə bağlı məlumatlandırıcı sessiyalar keçirilir
Avropa Parlamentinə təcrübə səfəri ilə bağlı məlumatlandırıcı sessiyalar keçirilir
ANA SƏHİFƏ / SİYASƏT
02:00 16.05.2019


Azərbaycan Respublikasının Gənclər Fondunun 18 may- 17 iyun 2019-cu il tarixlərində Belçikanın Brüssel şəhərində yerləşən Avropa Parlamentində təcrübə səfəri ilə əlaqədar olaraq elan etdiyi müsabiqədə qalib olan gənclərin iştirakı ilə əvvəlcədən məlumatlandırılma sessiyaları təşkil edilib.

İlk sessiya 6 may tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzində daha öncə Gənclər Fondunun elan etdiyi Avropa Parlamentində təcrübə proqramında iştirak etmiş gənclərin iştirakı ilə keçirilib. Görüşdə təcrübə proqramında iştirak etmiş gənclər öz təəssüratlarını və təcrübələrini bölüşüblər. 7 may tarixində Avropa Parlamentinə təcrübə keçəcək gənclər Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "Azərbaycan və Heydər Əliyev” adlı mühazirəsini dinləyiblər. Növbəti görüş 8 may tarixində Bakı Gənclər Mərkəzində Avropa Parlamenti təcrübə səfərində iştirak edən gənclərin təcrübələrini bölüşməsi olmuşdur. 10 may tarixində isə Gənclərin İnkişaf və Karyera Mərkəzində tarix elmləri doktoru S.Rüstəmovanın "Azərbaycan həqiqətləri - soyqırımlar” mövzusunda məlumat sessiyası baş tutub. Məlumatlandırma sessiyaları davam etməkdədir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM