16 May 2019 02:00
741
CƏMİYYƏT
A- A+

Gəncədə yaradılan şərait gəncləri yeni uğurlara aparır


Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti hazırda müsbət nəticələrini verir. Müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyan Azərbaycan gəncliyi indi ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində ön sıralarda addımlayır.

Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində onlar cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişlər. Son illər respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər onların hərtərəfli inkişafının təmin olunması üçün geniş imkanlar yaratmış, ictimai-siyasi fəallığının artmasına təkan vermişdir. İndi cəsarətlə demək olar ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Bunu respublikamızda ikinci böyük şəhər olan Gəncənin timsalında daha aydın görmək olar.

Son bir neçə ildə gəncəli gənclərin xoş sorağı Avropadan gəlir. 2016-cı ildə Avropa Gənclər Paytaxtı seçilən Gəncə nəinki qədim Nizami yurdunu, ümumilikdə Azərbaycan gəncliyinin uğurlarını uzaq Avropa ölkələrində tanıtmağa müvəffəq olmuşdur. Bundan başqa, 2019-cu ilin Avropa idman şəhəri tituluna sahib olan Gəncədə indi yüksək səviyyəli tədbirlərin keçirilməsinə hazırlıq işləri görülür.

Söz yox ki, dövlətin yaratdığı şərait gənclərin hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların asudə vaxtlarının səmərəli keçməsinə də şərait yaradır. Bu işdə iki il öncə istifadəyə verilən Gənclər evi xüsusi rol oynayır. Heydər Əliyev park-kompleksdə yerləşən bu məkan demək olar ki, səhərdən axşamadək gənclərlə dolu olur. Onlar burada keçirilən tədbirlərdə iştirak etməklə yanaşı, müxtəlif dərnəklərdə peşə də öyrənirlər.

Gənclər evinin direktoru Amil Qurbanovla görüşdük. Gəlişimizin məqsədini biləndə, ilk sözü bu oldu: "İstifadəyə verilməsindən qısa vaxt keçməsinə baxmayaraq buranı gənclərimizə sevdirə bilmişik. Əsas məqsədimiz gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, onların özlərini bir şəxsiyyət kimi müəyyən etməsi və özünü reallaşdırması, eləcə də dövlətin gənclər siyasətinin həyata keçirilməsində fəallıqlarının artırılmasına kömək göstərməkdən ibarətdir”.

Gənclər evini gəzərkən yaradılan şəraitlə tanış olduq. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün iclas zalları, hərbi vətənpərvərlik, karyera mərkəzləri, studiyalar yaradılıb. Müxtəlif tədbirlərin təşkili üçün akt və konfrans zalları, həmçinin əyləncəli tədbirlər üçün musiqi, fitnes zalı, soyunub-geyinmə otağı, tennis və bilyard otaqları, masaüstü oyunlar, idmanın döyüş növləri - boks, cüdo və sambo üzrə zallar yaradılıb.

Fəaliyyətinin ilk dövründə burada tikiş və toxuculuq, psixologiya, ümumi dizayn və kompüter dənəkləri fəaliyyət göstərirdisə, indi bunların sayı tələbata uyğun olaraq xeyli artmışdır. Hazırda tikiş və toxuculuq, ümumi dizayn, psixologiya, art terapiya, dekorativ tətbiqi sənət, intellektual oyunlar, teatr klubu, cüdo, sambo, boks bölmələri, ebru sənəti (su üzərində rəsm), şüşə üzərində rəsm, rəsm, kompüter proqramları dərnəyi fəaliyyət göstərir. Sevindirici haldır ki, bu dərnəklərdə və bölmələrdə məşğul olan gənclər müxtəlif müsabiqələrdə iştirak edərək bir çox nailiyyətlər qazanmışlar. Keçən il intellektual klubun üzvləri respublika birinciliyində uğurla çıxış etmişdir.

Ümumiyyətlə, Gənclər evində çoxlu sayda tədbirlər keçirilir və onlar bu tədbirlərdə həvəslə iştirak edirlər. Təkcə keçən il "Gəncəli gənclərin debat forumunda, gənc intellektuallar arasında keçirilən breyn-rinq yarışında, "Ətraf mühit”, "Sülh aylığı” çərçivələrində keçirilən tədbirlərdə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirdə, "Biznes və liderlik” layihəsi çərçivəsində olan təlimlərdə, 20 Yanvar şəhidlərinin anım mərasimində, 9 noyabr - Bayraq Günü ilə əlaqədar keçirilən tədbirlərdə fəallıqla iştirak etmişlər.

Xüsusi vurğulamaq lazımdır ki, Gənclər evi Heydər Əliyev park-kompleksində yerləşdiyindən yay aylarında nəzərdə tutulan tədbirlərin bir çoxu açıq havada keçirilir. Gənclər sıx ağaclarla əhatə olunmuş parkda maraqlı əyləncələr və müxtəlif debatlar təşkil edir, idman yarışları keçirirlər.

Bu gün Gəncədəki Gənclər evi yeniyetmələrin ən sevimli yerinə çevrilmişdir. Onlar istədikləri məşğuliyyəti burada tapır, vaxtlarını səmərəli qururlar. Yaradılan şərait isə gənclərə rahatlıq gətirməklə yanaşı, müxtəlif peşələrə yiyələnməkdə, eləcə də karyera qurmaq işində yardımçı olur.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video