Alternative content

18:16 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Dördüncü kitab”
“Dördüncü kitab”
ANA SƏHİFƏ / Mədəniyyət
01:57 16.05.2019


Müasir ədəbiyyatımızda özünəməxsus dəstxəti olan Sahib Əliyevin müxtəlif janrlarda qələmə aldığı əsərlər oxucular tərəfindən maraqla qarşılanır. Onun istər şeir və poemaları, istər hekayələri, istərsə də publisistik yazıları sevilə-sevilə oxunur.

Sahib Əliyevin bədii yaradıcılığı ədəbiyyatşünaslarımızın da diqqətindən kənarda qalmır, yeri gəldikcə, onun əsərlərindən bəhs edən məqalələr yazılır.

Bu günlərdə "Açıq dünya” nəşriyyatında müəllifin yaradıcılığından bəhs edən daha bir kitab işıq üzü gördü. "Dördüncü kitab” adlanan yeni nəşrdə Sahib Əliyev haqqında, əsasən də, son vaxtlar qəzet və jurnallarda dərc olunmuş, sosial şəbəkələrdə yayılmış yazılar toplanmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlinin tərtib etdiyi bu kitabda şairin yaradıcılığına xas ayrı-ayrı müsbət cəhətlər ustalıqla təhlil edilmiş, onun uğurları oxucuların diqqətinə çatdırılmışdır. Bu cəhətdən kitabın redaktoru Əli Rza Xələflinin "Ön söz əvəzi”, məşhur ədəbiyyatşünas-tənqidçi Qurban Bayramovun "Poetik fikrin təbiiliyi”, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlinin "Şifahi xalq ədəbiyyatından qaynaqlanan ruh”, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fariz Çobanoğlunun "İlhamı bulaqdan götürəndə” yazıları xüsusi ilə diqqəti çəkir.

Kitabda təqdim olunan yazılar göstərir ki, Sahib Əliyevin yaradıcılığı ədəbiyyatşünaslarla yanaşı, digər peşə sahiblərinin də diqqətini cəlb edir. Kimya elmləri doktoru Əli Zalovun, fizika-riyaziyyat elmləri doktoru Bəhmən Sultanlının, tanınmış hüquqşünas Fəxrəddin Mehdiyevin fikirləri buna bariz nümunədir.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM