Alternative content

19:21 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bəstəkarın xatirəsi anılıb
Bəstəkarın xatirəsi anılıb
ANA SƏHİFƏ / Mədəniyyət
01:57 16.05.2019


Dünya şöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ xalq artisti, akademik Qara Qarayevin anım günü münasibətilə ev-muzeyində xatirəsi anılıb.

Muzeydə bəstəkarın şəxsi əşyalarından fotoobyektlər, ailəyə məxsus olan məktublar, fotolar, parker qələmləri nümayiş olunub.

Tədbirdə çıxış edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova iştirakçılara görkəmli bəstəkarın həyatı və musiqi irsi haqqında məlumat verib. Vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir.

Bəstəkarın qızı Züleyxa Qarayeva tədbir iştirakçılarını salamlayaraq muzeyin eksponatları haqda məlumat verib.

Tədbirdə əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə deyib ki, Qara Qarayev Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna rol oynamış bir sənətkardır: "Əlbəttə, Qara Qarayevin bir sıra nailiyyətləri var ki, onlar bizim üçün bir sərvətdir. Onun yaratdığı məktəb indi də öz bəhrəsini verir”.

Qara Qarayevin sənəti çox rəngarəngdir və onun əsərlərini hər dəfə dinlədikcə yeni cəhətlər kəşf edilir.

Sonra bəstəkarın "Çılğın Qaskoniyalı”sından fraqmentlər səsləndirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM