16 May 2019 01:56
756
Mədəniyyət
A- A+

Yeni layihələr bəhrəsini verir


50 yaşlı Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümündə bir çox yeniliyə imza atıb. Repertuarını müxtəlif janrlı tamaşalarla zənginləşdirən teatr fəaliyyətini uğurla davam etdirməkdədir. Belə ki, müxtəlif yaş kontingentinin eyni zamanda teatra cəlb olunması istiqamətində bir çox layihələr və kampaniyalar gerçəkləşdirilməkdədir.

Bu layihələr Sumqayıt Dövlət Dram Teatrının tamaşaçı kütləsinin dəfələrlə artmasına təkan verib. Artıq son 7 ayda teatra tamaşaçı axınının sürətlənməsi yaradıcı kollektivə stimul verməkdədir. Teatrda baş verən yeniliklər həftəsonu tamaşalarına da müsbət təsir göstərir. Belə ki, Sumqayıt sakinlərinin istirahət günlərində teatra gəlib tamaşaları izləyərək zövq aldıqlarını söyləməsi, həftəsonu maraqlı səhnə əsərlərinin oynanılması bir daha görülən işlərin uğurlu nəticələridir.

Sumqayıt Dövlət Dram Teatrında həftəsonu nümayiş olunacaq tamaşalar altı seanslıdır. Kiçik yaşlı tamaşaçılar Abdulla Şaiqin "Danışan gəlincik” əsərinə tamaşa edəcəklər. Böyüklər üçün nəzərdə tutulmuş M.F.Axundzadə yaradıcılığından "Müsyö Jordan və dərviş Məstəli şah”, Əli Əmirlinin "20 ildən sonra” tamaşaları oynanılacaq. Havaların istiləşməsi ilə əlaqədar tamaşaçıların sayının turistlərin hesabına artacağı gözlənilir. Yay dövrü üçün teatr kollektivinin xüsusi layihəsi var.

Akif ƏLİYEV,

"Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video