Alternative content

17:54 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sudanda müvəqqəti hökumət barədə razılıq əldə edildi
Sudanda müvəqqəti hökumət barədə razılıq əldə edildi
ANA SƏHİFƏ / DÜNYA
01:51 16.05.2019


Sudanda hərbi hökumət və mülki müxalifət eks-prezident Ömər Bəşir devrildikdən sonra keçid dövrü və müvəqqəti hökumət şurasının formalaşdırılması barədə razılıq əldə etmişdir. Hər iki tərəf üçillik keçid dövrünə razılaşmışdır.

Bundan əlavə, 24 saat ərzində yeni hökumət şurasının formalaşdırılması barədə məsələ həllini tapacaq. Şuraya həm hərbçilər, həm də mülki müxalifətin nümayəndələri daxil olacaqlar.

Bu saziş hərbçilər Bəşiri xüsusilə təhlükəli cinayətkarlar üçün həbsxanaya yerləşdirdikdən bir ay sonra imzalanmışdır. Bundan əvvəl isə, ötən ilin dekabrından bəri ölkədə kütləvi etiraz nümayişləri keçirilirdi. Bu aksiyalar qiyamdan sonra da səngiməmişdir.

Mülki müxalifət müxtəlif qruplaşmaların və partiyaların geniş koalisiyasından ibarətdir. Onların ən böyüyü Bəşirə qarşı kütləvi nümayişləri təşkil etmiş "Sudan peşəkarları assosiasiyası”dır.

"Azadlıq və islahatlar uğrunda alyans” müxtəlif etirazçı qrupları və təşkilatları birləşdirir.

Müxalifətin liderləri hərbçilərdən mövcud təhlükəsizlik aparatını yenidən qurmağı və əvvəlki hakim "Milli Konqres” partiyasını buraxmağı tələb edirdi.

Srağagün bildirilmişdi ki, prokurorluq eks-prezidentə qarşı zorakılığa təhrik və etiraz nümayişləri iştirakçılarının qətli ittihamını irəli sürmüşdür. Bəşirə qarşı həmçinin çirkli pul yumaq və korrupsiya ilə bağlı təhqiqat aparılır.

Ömər Bəşir 1989-cu ildə dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlmişdir. Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi onun barəsində axtarış elan etmişdir. Bəşir Darfur əyalətində hərbi cinayətlər törətməkdə və soyqırımı təşkil etməkdə şübhəli bilinir. BMT-nin məlumatına görə, 2003-cü ildə əyalətdə münaqişə başlayandan bəri 300 min nəfər həlak olmuşdur.

Sudanın yeni hökuməti bəyan etmişdir ki, devrilmiş prezident beynəlxalq tribunala verilməyəcək və vətəndə mühakimə olunacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM