16 May 2019 01:50
605
DÜNYA
A- A+

İnterpolun sabiq başçısının ailəsi Fransada sığınacaq aldı


İnterpolun sabiq başçısı, Çin Xalq Respublikası ictimai təhlükəsizlik nazirinin keçmiş müavini Men Xunveyin arvadı və iki uşağı Fransada siyasi sığınacaq almışlar. Men Xunvey isə Çində korrupsiyada ittiham olunaraq həbs edilmişdir.

Qadının Fransa hökumətinə özü və övladları üçün sığınacaq almaq ərizəsi ilə müraciət etməsi barədə hələ yanvar ayında məlumat verilmişdi. O vaxt qadın oğurlanacağından qorxduğunu və təhdidlər aldığını bildirmişdi.

Xatırladaq ki, ötən ilin oktyabrında Fransa hökuməti sentyabrın axırlarında Çinə getmiş İnterpol prezidentinin yoxa çıxması ilə bağlı təhqiqata başlamışdır. Bildirilirdi ki, sentyabrın 29-da Fransanı tərk etmiş Men Xunveylə həmin andan bəri əlaqə kəsilmişdir. Onun yoxa çıxması barədə Fransa polisinə övladları ilə birlikdə təşkilatın mənzil-qərargahının yerləşdiyi Lion şəhərində yaşayan arvadı məlumat vermişdi. Sonradan Çin hökuməti bildirmişdi ki, itkin düşmüş hesab olunan İnterpol prezidenti qanunu pozmaqda şübhəli bilinir və Dövlət Nəzarət Komitəsi onun barəsində təhqiqat aparır. Bu ilin mart ayında Çin Kommunist Partiyasının İntizamın Yoxlanılması üzrə Mərkəzi Komissiyası bildirmişdi ki, antikorrupsiya təhqiqatı keçirildikdən sonra Men Xunvey Çin Kommunist Partiyasının sıralarından xaric edilmiş və bütün dövlət vəzifələrindən kənarlaşdırılmışdır. Komissiyanın təhqiqatla bağlı bütün materialları keçmiş məmura qarşı cinayət işinin qaldırılması üçün prokurorluğa göndərilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video