Alternative content

17:57 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hüquqşünas alimlər beynəlxalq konfransda iştirak ediblər
Hüquqşünas alimlər beynəlxalq konfransda iştirak ediblər
ANA SƏHİFƏ / Elm və texnika
01:50 16.05.2019


Serbiya Respublikasının Tara şəhərində Beynəlxalq Cinayət Hüququ və Kriminologiya Assosiasiyasının təşkilatçılığı ilə "Cinayət qanununda məsuliyyət və sanksiya” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransa bir çox Avropa ölkələri ilə yanaşı, MDB-dən Rusiya, Belarus və Azərbaycanın hüquqşünas alimləri dəvət almışdılar.

Respublikamızı konfransda Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, hüquq üzrə elmlər doktoru, professor Xanlar Ələkbərov və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin birinci katibi, hüquq üzrə fəlsəfə doktoru Tehran Şükürov təmsil etmişlər.

Professorlar X.Ələkbərovla H.Qurbanov konfrans iştirakçılarının marağına səbəb olan məruzə ilə çıxış etmişlər. H.Qurbanov məruzəsində erməni vəhşiliklərindən və Xocalı soyqırımından bəhs etmiş, sitatlar gətirmişdir. Tərcüməçi bu sitatlardan yayınanda H.Qurbanovun təkidi ilə onları tərcümə etmişdir. Sonda alimlərimizə "Sertifikat”lar verilmişdir.

Bu günlərdə Belarusun paytaxtı Minsk şəhərində "MİTSO” Beynəlxalq Universitetində "Cəmiyyət, hüquq, şəxsiyyət: Humanitar biliyin inkişafının müasir ənənələri” mövzusunda da beynəlxalq elmi-təcrübi konfrans keçirilmişdir. Konfransın buraxılış jurnalında hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun "Kataloniya və Qarabağ konfliktlərinin tarixi-hüquqi aspektləri” adlı məqaləsi çap edilmişdir. Məqalədə bu konfliktlərin müqayisəli təhlili, Qarabağın tarixən Azərbaycan torpaqları olması, ermənilərin həmişə azlıq təşkil etdiyi və bu məkana sonradan köçürülmələri arxiv sənədləri ilə əsaslandırılmışdır.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM