Alternative content

17:58 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 11 yaşlı idmançı dünya çempionu oldu
11 yaşlı idmançı dünya çempionu oldu
ANA SƏHİFƏ / İDMAN
01:49 16.05.2019


Azərbaycan idmançıları dünya və qitə miqyaslı yarışlarda uğurlu çıxışlarını davam etdirirlər. Belə nailiyyətlərdən biri mayın 2-6-da Ukraynanın Xarkov şəhərində təşkil olunan karatenin müxtəlif yaş qrupları üzrə dünya çempionatında qeydə alınıb. Mötəbər yarışda ölkəmiz Beynəlxalq Kempo Karate və Kobudo Federasiyasının vitse-prezidenti, 9-cu dan qara kəmər sahibi Tarverdi Allahverdiyevin rəhbərliyi altında 37 idmançı ilə təmsil olunub.

Sevindirici haldır ki, hər bir idmançımız ən yüksək nəticə ilə vətənə qayıdıb. 17 ölkədən idmançıların mübarizə apardığı turnirdə komandamız 19 qızıl, 9 gümüş və 6 bürünc medal qazanmaqla növbəti dəfə onlara göstərilən etimadı doğruldaraq çempionatı ilk pillədə başa vurub. Ukrayna 2-ci, Qazaxıstan isə 3-cü yeri tutub.

Turnirdə ölkəmizin hesabına qızıl medal yazdıran idmançılarımızdan biri də 11 yaşlı Həsən Davudzadədir. 36 kq çəki dərəcəsində yarışan idmançımız mübarizəyə 1/4 finaldan qoşulub. Azərbaycanlı həmkarını mübarizədən kənarlaşdıran Həsən yarımfinala yüksəlib. Bu mərhələdə rəqib Ukrayna idmançısı olub. Doğma divarlar amili də yerli idmançıya kömək etməyib. Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşü təmsilçimiz qələbə ilə başa vuraraq finala vəsiqə qazanıb. Həlledici mərhələdə rəqib qazaxıstanlı idmançı olub. Böyük üstünlüklə rəqibinə qalib gələn Həsən Davudzadə dünya çempionu adına sahib olub.

Həsən söhbət zamanı qeyd etdi ki, bu yaşda belə yüksək nəticə göstərmək onun qarşıdakı turnirlərə məsuliyyətini daha da artırır: "Yarışa yollanarkən valideynlərimə, sinif yoldaşlarıma vətənə ən yüksək nəticə ilə qayıdacağıma söz vermişdim. Şükürlər olsun ki, arzum gerçəkləşdi. Federasiya rəhbərliyinə, müəllimlərim Tarverdi Allahverdiyev və beynəlxalq dərəcəli hakim, idman ustası Vüqar Həziyevə minnətdaram. Dövlət himnimiz səsləndi, bayrağımız yüksəkdə dalğalandı. Bundan qürurverici nə ola bilər! Qarşıda məni daha böyük yarışlar gözləyir”.

Bakı şəhərindəki 73 saylı tam orta məktəbin 5-ci sinfində təhsil alan Həsən dərslərindən də geri qalmadığını bildirir: "Dərslərimi də yaxşı oxumağa çalışıram. 4 ildən artıqdır ki, karate ilə yanaşı, rəqslə də məşğul oluram. Məktəbdən gəldikdən sonra bir qədər istirahət edir, sonra 3-4 saat idmanla məşğul oluram”.

Ümid edirik ki, yeniyetmə idmançımız qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq, növbəti nüfuzlu yarışlardan qələbə ilə qayıdaraq bizi sevindirəcək.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM