Alternative content

21:53 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mey Brexitlə bağlı yeni səsvermə keçirəcək
Mey Brexitlə bağlı yeni səsvermə keçirəcək
ANA SƏHİFƏ / DÜNYA
18:21 15.05.2019


Böyük Britaniyanın Baş naziri Tereza Mey iyunun əvvəllərində ölkənin Avropa İttifaqının (Aİ) tərkibindən çıxmasının şərtləri barədə Aİ ilə imzalamış sazişi parlamentdə yenidən səsverməyə çıxarmaq niyyətindədir.

Müvafiq qanun layihəsi iyunun birinci həftəsində parlamentə təqdim olunacaq. Bu, Brexiti yay parlament tətillərinədək təmin etmək üçün zəruridir. Bu barədə Meyin dəftərxanası məlumat vermişdir.

Xatırladaq ki, bundan əvvəl Mey Brüssellə razılaşdırdığı Brexit sazişini üç dəfə parlamentdən keçirməyə cəhd etsə də, uğursuz olmuşdur. Hazırda o, kompromisə nail olmaq üçün Leyboristlər Partiyasının lideri Ceremi Korbinlə danışıqlar aparır. Hökumət başçısının dediyinə görə, seçicilərə Böyük Britaniyanın Aİ-dən çıxması barədə verdiyi vədi yerinə yetirmək üçün Korbinlə danışıqlarda uğur qazanmağa inanır.

Hökumət və Leyboristlər Partiyasının nümayəndələri artıq ayyarımdır Brexitlə bağlı müzakirələr aparırlar, lakin danışıqlar çox ləng gedir. Hakim Mühafizəkarlar Partiyasında tez-tez danışıqları dayandırmaq çağırışları səslənir.

İlkin plana əsasən, Britaniya bu il martın 29-də Aİ-ni tərk etməli idi. Brexit artıq iki dəfə təxirə salınmışdır. Nəticədə Böyük Britaniya cari ayın sonlarına planlaşdırılmış Avropa Parlamentinə seçkilərdə iştirak etməli olacaq.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM