15 May 2019 18:21
589
DÜNYA
A- A+

İran nüvə sazişinin bəzi bəndlərinin icrasını rəsmən dayandırdı


İran 2015-ci ildə dünya ölkələri ilə imzaladığı nüvə sazişi öhdəliklərinin bəzi bəndlərinə riayət olunmasını rəsmən dayandırmışdır. Bu barədə ölkənin Atom Agentliyinin nümayəndəsi İSNA agentliyinə müsahibəsində məlumat vermişdir.

Ötən həftə İran bu niyyəti barədə Çin, Fransa, Almaniya, Rusiya və Böyük Britaniyanı xəbərdar etmişdir. Bundan bir il əvvəl isə ABŞ birtərəfli şəkildə sazişdən çıxmış və Tehrana qarşı sanksiyaları bərpa etmişdir.

Nüvə sazişinin şərtlərinə əsasən, Tehrana 300 kiloqramadək aşağı səviyyədə zənginləşdirilmiş uran və təxminən 130 ton ağır su istehsal etməyə icazə verilir. Bundan artıqları isə saxlanma, yaxud satış üçün İranın hüdudlarından kənara çıxarıla bilər.

Atom Agentliyinin nümayəndəsinin dediyinə görə, bundan sonra Tehran aşağı səviyyədə zənginləşdirilmiş uranın və ağır suyun istehsalında məhdudiyyətlərə riayət etməyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video