15 May 2019 18:17
768
DÜNYA
A- A+

Yerdə çox güclü maqnit fırtınası qeydə alındı


Rusiyadakı Pyotr Lebedev adına Fizika İnstitutundan verilən məlumata görə, srağagün Yer üzündə son ilərin ən güclü maqnit fırtınası qeydə alınmışdır. ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi məlumat vermişdir ki, geomaqnit fırtınadan əvvəl, mayın 11-dən başlayaraq Günəş haləsində üç dəfə kütlə atışı baş verib.

Yerin geomaqnit sahəsi dünən axşam normaya düşüb.

Son dəfə oxşar fırtına ötən il avqustun 26-da qeydə alınmışdır. 2017-ci il sentyabrın 6-da isə son 13 ilin ən güclü Günəş partlayışı baş vermişdir. Milyardlarla ton materiyanın atışı praktiki olaraq Günəşin ortasında qeydə alınmışdır. İkinci güclü partlayış sentyabrın 7-də, üçüncüsü isə sentyabrın 8-də baş vermişdir.

Son üç əsr ərzində bəşəriyyət bundan da güclü geomaqnit fırtınalar yaşamışdır. 1859-cu il sentyabrın əvvəllərində geomaqnit fırtına Avropanın və Şimali Amerikanın teleqraf sistemlərini sıradan çıxarmışdır. Buna səbəb 18 saata planetə gəlib çatmış və sentyabrın 1-də britaniyalı astronom Riçard Kerrinqton tərəfindən müşahidə olunmuş halə kütləsinin çox güclü atışı göstərilir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video