Alternative content

21:59 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Üzgüçülük üzrə açıq şəhər birinciliyi keçirildi
Üzgüçülük üzrə açıq şəhər birinciliyi keçirildi
ANA SƏHİFƏ / İDMAN
18:14 15.05.2019

Sumqayıt Paralimpiya İdman Kompleksində üzgüçülük idman növü üzrə şəhərin 70 illik yubileyi münasibətilə yeniyetmə oğlanlar və qızlar arasında açıq birincilik keçirilmişdir. Turnirdə Bakı, Xırdalan və Sumqayıt şəhərlərindən 70-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparmışdır.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıtdan Mehdi Nəcəfzadə, Mehdi Babazadə, Zeynəb Quluzadə, Nuray Həsənli, Əli Səfərəlizadə, Elşən Salmanlı,, Fatimə Aduləzizova, Mahmud Şıxızadə, İlahə Rəciyeva, Leyla Abduləzizova, Bakıdan isə Aydan Dəmirova, Süleyman Cəfərov qarışıq və sərbəst üsul üzrə məsafəni qət etməkdə fəxri kürsünün yüksək pilləsinə qalxmışlar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olunmuşdur.

Akif ƏLİYEV,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM