Alternative content

21:56 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlk “DOST” mərkəzi öz fəaliyyətini genişləndirəcək
İlk “DOST” mərkəzi öz fəaliyyətini genişləndirəcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:10 15.05.2019

Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk "DOST” mərkəzi fəaliyyətə başlayıb. Mərkəz il ərzində yüz mindən artıq əhaliyə xidmət göstərəcək.

"DOST” mərkəzinin direktoru Seymur Alıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bu barədə deyib.

Mərkəzin fəaliyyəti əmək və məşğulluq, əlillik, sosial müdafiə sahələrini əhatə edəcək. Eyni zamanda, vətəndaşlara vahid məkanda əlillik vəziyyətinin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza komissiyalarının rəyinin verilməsi, özünüməşğulluq proqramı, işsiz və işaxtaranlar üçün göstərilən xidmətlər, əmək pensiyalarının təyin edilməsi, pensiyaların yenidən hesablanması və digər sosial müavinətlərin təyini, eləcə də bank və notarius xidmətləri kimi yardımçı xidmətlər də göstəriləcək.

Mərkəzdə əlil vətəndaşların rahat hərəkət etməsi üçün liftlər, binanın girişində panduslar quraşdırılıb, döşəmədə taktil hissə yaradılıb və onları müşayiət etmək üçün könüllülərin xidmətindən istifadə olunacaq. Həmçinin əlillər üçün xüsusi sanitar qovşaqları da nəzərdə tutulub.

Mərkəzdə işləmək üçün 50 könüllü seçilib. Onların əksəriyyəti universitetləri sosial işçi ixtisası üzrə bitirənlərdir. Bu, həmin könüllülərə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməyə imkan verəcək. "DOST” mərkəzlərində həmin ixtisasa yiyələnənlərə karyera imkanları da yaradılacaq.

"Gənc DOST” proqramına qoşulan gənc könüllülərlə yanaşı, "Gümüşü könüllü” proqramı çərçivəsində ahıl insanların da könüllü kimi mərkəzlərə cəlb edilməsi nəzərdə tutulub. Həmçinin ilk "DOST” mərkəzində əlil vətəndaşlar da könüllü kimi öz xidmətlərini təklif edirlər.

İlk DOST mərkəzinin sosial agentləri daxili müsabiqə əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasından seçilib. Bu, əsasən Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti və Tibbi-Sosial Reabilitasiya Xidmətinin əməkdaşlarıdır. Növbəti mərkəzlərin açılışı zamanı isə vakant yerlərə işçi qəbulu ilə bağlı elanların verilməsi də nəzərdə tutulub.

Mərkəzdə fəaliyyət göstərən təlimçilər yeniliklərlə əlaqədar infosessiyalar keçirəcək, əməkdaşlar müxtəlif təlimlərə cəlb olunacaqlar. Etik, davranış və protokol qaydalarının daxil olduğu ümumi bacarıqlar və sırf peşə təlimləri üzrə aparılan təlimlər mütəmadi xarakter daşıyacaq.

Mərkəzdə tətbiq ediləcək innovativ yeniliklər sırasında ilk növbədə e-sosial.az portalını qeyd etmək lazımdır. Portalda vətəndaşa aid olan bütün məlumatlar, onun mərkəzə və "Çağrı mərkəzi”nə etdiyi müraciətlər, fərdi pensiya kapitalı, sosial müavinətlər barədə məlumatlar əks olunur. Hər bir vətəndaş portalın xidmətlərindən istifadə edərək bu barədə məlumatları əldə edə biləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM