15 May 2019 18:10
595
CƏMİYYƏT
A- A+

Müdafiə Sənayesi Nazirliyinin iştirak etdiyi “MILEX-2019” sərgisinin açılışı olub


Mayın 15-də Belarus Respublikasının paytaxtı Minskdə "MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisinin açılışı olub.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, sərginin açılış mərasimində Belarus Prezidenti Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına təbrik məktubu oxunub.

Rəsmi açılışda Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də iştirak edib.

Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə keçirilən sərgidə 10 ölkədən - Belarus, Azərbaycan, Almaniya, İtaliya, Qazaxıstan, Çin, Polşa, Rusiya, Serbiya və Cənubi Afrika Respublikasından 170 şirkət iştirak edir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi "MILEX” sərgisində ilk dəfə stendlə təmsil olunur.

Mayın 15-də işə başlayan, iştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan "MILEX-2019”da MSN tərəfindən əsasən ixrac yönümlü məhsullar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları və sair məmulatlar nümayiş etdirilir.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin bir sıra ölkələrin rəsmi nümayəndə heyətləri, eləcə də müdafiə sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkət və firmaların nümayəndələri ilə görüşləri təşkil olunacaq.

Sərgi işini mayın 18-dək davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video