15 May 2019 17:28
583
İQTİSADİYYAT
A- A+

Birinci rübdə Azərbaycanın xarici ticarət dövriyyəsi 8 milyard dollara çatıb


Üç ayda Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri 155 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən isə idxal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7 milyard 979 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4 milyard 843,4 milyon dollar, idxalın dəyəri 3 milyard 135,6 milyon dollar təşkil edib, nəticədə 1 milyard 707,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,7 faiz, o cümlədən idxal 43,1 faiz, ixrac 3 faiz artıb. Real ifadədə dövriyyə 6,4 faiz, o cümlədən idxal 13,7 faiz, ixrac 3 faiz çoxalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 31,2 faizini İtaliyaya, 11,3 faizini Türkiyəyə, 6,4 faizini Almaniyaya, 6,1 faizini Çinə, 5,8 faizini İspaniyaya, 5,6 faizini Hindistana, 4,7 faizini İsrailə, 3,5 faizini Gürcüstana, 3,3 faizini Çexiyaya, 3,2 faizini Portuqaliyaya, 2,8 faizini Rusiyaya, 2,6 faizini Avstriyaya, 2 faizini Yunanıstana və qalan 11,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14 faizi Rusiya, 13,1 faizi İsveçrə, 9,8 faizi Türkiyə, 8,7 faizi Çin, 7 faizi İran, 4 faizi Kanada, hər biri 3,9 faiz olmaqla Almaniya və Avstraliya, 3,6 faizi ABŞ, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, hər biri 2 faiz olmaqla Belarus və Qazaxıstan, 22,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video