15 May 2019 17:24
473
İQTİSADİYYAT
A- A+

Azərbaycanın hava limanları 4 ayda 1,5 milyonadək sərnişinə xidmət göstərib


Heydər Əliyev Beynəlxalq Aeroportu cari ilin ilk 4 ayında 1,23 milyon sərnişinə xidmət göstərib.

Aeroportun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq reyslərlə ümumilikdə 1,06 milyon sərnişin daşınıb. Göstərilən müddət ərzində aeroportun baza aviadaşıyıcıları - AZAL və "Buta Airways" müvafiq olaraq 511 min və 130 min 500 sərnişin daşıyıb. Bu isə ötən ilin göstəricisindən 6 min nəfər çoxdur.

Beynəlxalq reyslərin ümumi sayının 32,3 faizi AZAL-ın, 12,3 faizi "Buta Airways"in payına düşüb. Göstərilən müddətdə xarici aviaşirkətlərin payı 55,4 faiz təşkil edib.

Ümumilikdə Azərbaycanın beynəlxalq hava limanları 4 ayda 1,45 milyon sərnişinə xidmət göstərib. Bu, Cənubi Qafqazın bütün hava limanları arasında rekord göstəricidir.

Hazırda 26 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula, Qəbələdən - Moskvaya birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir. Həmçinin "flyNas", "Kuwait Airways" və Türkiyənin loukosteri "Pegasus"un uçuşlarının bərpa edilməsi planlaşdırılır.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə "Skytrax World Airport Awards" versiyasına görə ən yaxşılar siyahısına başçılıq edib, həmçinin maksimal "5 Ulduz" statusuna layiq görülüb. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Sky Travel Awards" versiyası üzrə 10 milyonadək sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video