15 May 2019 17:15
464
SİYASƏT
A- A+

Yoakim Bröyer: Azərbaycan sosial təminat sahəsində ciddi uğurlara imza atıb


Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov mayın 15-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş Nazir Novruz Məmmədov Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumunun əhəmiyyətindən danışaraq bu tədbirin Azərbaycan üçün də mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb. "Hesab edirəm ki, Forumda aparılan müzakirələr Azərbaycanda bu istiqamətdə görülən işlərə öz töhfəsini verəcək”, - deyə Novruz Məmmədov vurğulayıb.

Azərbaycanın Beynəlxalq Sosial Təminat Assosiasiyasının fəaliyyətində yaxından iştirak etdiyini qeyd edən Baş Nazir ölkəmizdə sosial sahədə görülən işlər barədə qonağa məlumat verib. Bildirib ki, Azərbaycan Hökuməti fəaliyyətində sosial məsələlərə hər zaman diqqətlə yanaşır. Həmçinin ölkəmizdə dövlət büdcəsi formalaşdırılarkən onun sosialyönümlü olmasına xüsusi diqqət ayrılır.

Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə, o cümlədən sosial sahədə reallaşdırılan islahatlardan, atılan addımlardan bəhs edən Novruz Məmmədov bildirib ki, Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılması müxtəlif sosial xidmətlərin vətəndaşlara tam şəffaf və operativ şəkildə, yüksək keyfiyyətlə təqdim olunmasını təmin edir.

Yoakim Bröyer Forumun təşkilinə göstərilən dəstəyə, qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, Azərbaycanda sosial sahədə aparılan islahatları yüksək qiymətləndirərək, bu istiqamətdə görülən işlərin möhkəm siyasi iradə sayəsində mümkün olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan sosial təminat sahəsində ciddi uğurlara imza atıb, ölkədə bu istiqamətdə vacib islahatların reallaşdırılması üçün əməli işlər görülür. "DOST” mərkəzində olduğunu, oradan çox müsbət təəssüratlarla ayrıldığını bildirən Yoakim Bröyer Azərbaycanın bu layihəsinin dünya miqyasında uğurlu yenilik olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video