Alternative content

21:57 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbinin Neft-Qaz Mühəndisləri Cəmiyyəti regional yarışın qalibi olub
Bakı Ali Neft Məktəbinin Neft-Qaz Mühəndisləri Cəmiyyəti regional yarışın qalibi olub
ANA SƏHİFƏ / Təhsil
16:47 15.05.2019

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-Qaz Mühəndisləri Cəmiyyəti (SPE - Society of Petroleum Engineers) Qazaxıstanda keçirilən "PetroBowl” regional seçimlərində ölkəmizi təmsil edərək 1-ci yerin qalibi olub.

BANM-dan  bildirilib ki, həmin ali məktəbin Neft-Qaz Mühəndisləri Cəmiyyətinin 5 tələbəsi Kanadada keçiriləcək "PetroBowl” çempionatı çərçivəsində təşkil olunan Neft-Qaz Mühəndisləri Cəmiyyətinin İllik Texniki Konfrans və Sərgisində (SPE Annual Technical Conference and Exhibition - ATCE2019) ölkəmizi təmsil etmək hüququ qazanıb. BANM-in tələbələri Məhəmməd Əliyev, Nihad Abbasov, Gülay İbrahimova, Elmir Abilov və İsmayil Əkbərov çempionatın qalibləri olublar.

Qeyd edilib ki, qeyri-hökumət təşkilatı olan SPE-nin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, neft sənayesinin bütün dünya üzrə təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlər aparıb nəticələrini təqdim etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər keçirərək şərait yaratmaqdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM